Icma.az
close
up
RU

Erik Traxtenberq: Azərbaycan ICACa qoşularaq pambıqçılıqda fərq yarada bilər Müsahibə

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

APA-Economics” Beynəlxalq Pambıq Məşvərət Komitəsinin (ICAC) icraçı direktoru Erik Traxtenberq ilə müsahibəni təqdim edir.

- Cənab Erik, COP29-da iştirak ICAC üçün nə vəd edir və ICAC iqlim dəyişiklikləri ilə mübarizəyə necə töhfə verir?

- ICAC pambıq istehsal edən, istehlak edən və ticarət edən ölkələrin üzvlərinin birliyidir. Komitə 1939-cu ildə, Katiblik isə 1946-cı ildə yaradılıb. İllik büdcə 1,8 milyon ABŞ dollarıdır, bunun təxminən 85%-i üzvlərin qiymətləndirməsindən, 15%-i isə iclas və seminarlarda abunə və iştirakçı haqlarının satışından əldə edilir.

COP29-da iştiraka gəlincə, hesab edirəm ki, ICAC əsasən ekoloji məsələlərlə məşğul olmaqda maraqlıdır. Çünki biz inanırıq ki, pambıq haqqında danışmaq üçün çox müsbət hekayəmiz var. Bilirsiniz, pambıq milyonlarla fermer üçün iş yeri yarada bilər. O, həmçinin karbonu tuta bilər, karbonu atmosferdən təmizləyə bilər. Və bu şeylər çox vacibdir, çünki biz burada COP29 karbon emissiyasının azaldılması ilə bağlı müzakirələr aparırıq.

- Azərbaycan və digər pambıq istehsal edən ölkələr niyə ICAC-a qoşulmalıdır? Bu istehsalçı ölkələrə nə vəd edir?

- Biz pambıq istehsalçılarından ibarət Birləşmiş Millətlər Təşkilatının kiçik modeli kimiyik. ICAC-a üzvlük pambıqçılıq sahəsində dataya daha çox çıxış üstünlükləri qazandırır. Biz həmçinin, kənd təsərrüfatına aid texnikalardan istifadə edərək istehsalın təkmilləşdirilməsi istiqamətində çoxlu işlər görürük. Bu pambıqçılıqla bağlı tənzimləmə məsələlərinə də aiddir.
Bizimlə işləyən 2000-dən çox alimdən ibarət şəbəkəmiz var. Beləliklə, əsasən bir ölkə ICAC-yə qoşulduqda, bütün resurslarımıza çıxış əldə edir, yerli pambıq iqtisadiyyatının irəliləməsinə kömək etmək üçün edə biləcəyimiz hər şeyə çıxış əldə edirlər.

- COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizədən danışılır. Və bilirik ki, pambıqçılıq quraqlığın getdikcə artması fonunda daha çox su tələb edən sahədir. ICAC bununla bağlı hansı innovativ yanaşmalar təklif edir?

- Düşünürəm ki, regenerativ kənd təsərrüfatında etdiyimiz işlər məhsuldarlığa böyük təsir göstərə bilər, lakin daha da əhəmiyyətlisi davamlılıqdır.
Siz torpağın sağlamlığına diqqət yetirdiyiniz zaman su və gübrə istifadəsini azaldırsınız və ən əsası məhsuldarlığı artırırsınız, uzun müddətdə davamlı bir sistem əldə edirsiniz.
Stereotip budur ki, pambıq çox su istifadə edir və əgər məlumatlara baxsanız, bu, əslində doğru deyil. Dünyada digər əkin sahələri ilə müqayisə suvarılan suyun 2%-dən azı pambığa aiddir. Amma düşünürəm ki, biz yenə də bərpaedici kənd təsərrüfatı modelinə keçməklə performansı yaxşılaşdıra bilərik. Çünki torpaqda daha çox üzvi maddə olduqda bu su istifasəni də azaldır.
Hər şey bir ekosistem kimi kənd təsərrüfatına qayıdır. Sağlam bir ekosisteminiz varsa, davamlılıq üçün məhsuldarlığı dəyişdirmək məcburiyyətində deyilsiniz. Sağlam bir sistemə sahibsinizsə, hər ikisini əldə edə bilərsiniz.

- ICAC Azərbaycan hökuməti ilə və ya yerli şirkətlərlə əməkdaşlıq etməyi düşünürmü?

- Deyə bilərəm ki, yerli istehsalçı “GP Cotton” şirkəti ilə görüşümüz olub. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə də görüşümüz ola bilər. Əməkdaşlıq üçün geniş imkanlar var. Ümid edirik ki, Azərbaycan ICAC-yə qoşula bilər. Sonra biz birlikdə işləyərək texnikaları buraya gətirərək fərq yarada bilərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Noyabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri