Icma.az
close
up
RU
İki xalqın yaxınlaşması üçün tarixi narrativlərin yumşaldılması vacibdir ŞƏRH EDİLDİ

İki xalqın yaxınlaşması üçün tarixi narrativlərin yumşaldılması vacibdir ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan və Ermənistan arasında uzunmüddətli barış və xalqların yaxınlaşması yalnız dövlətlərin imzalayacağı sənədlərlə yox, ictimai şüurun dəyişməsi və qarşılıqlı etimadın bərpası ilə mümkündür. Bu proses emosional, tarixi və siyasi yüklənmə daşıdığı üçün tələsik və süni şəkildə yox, mərhələli və real ehtiyaclar üzərində qurulmalıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.Onun sözlərinə görə, yaxınlaşma prosesi siyasi idarələrdən deyil, təhlükəsizlik və qarşılıqlı qəbulun təmin olunmasından başlamalıdır: "Dövlətlər arasında sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi və birbirinin ərazi bütövlüyünün tanınması xalqlar arasında münasibətlərin əsasını yaradır. Siyasi çərçivə möhkəm olmadıqca, cəmiyyətlər arasında inamı möhkəmləndirmək mümkün deyil. İki xalqın yaxınlaşması üçün tarixi narrativlərin yumşaldılması və düşmənçilik ritorikasının aradan qaldırılması həyati əhəmiyyət daşıyır. Onilliklər boyunca hər iki tərəfdə formalaşan stereotiplər ictimai şüura dərin təsir edib. Təhsil, media və ictimai debatlarda qarşı tərəfi demonizə edən ifadələrin azalması, daha neytral və faktlara əsaslanan yanaşmanın güclənməsi zəruridir. Bu, qısa zamanda yox, mərhələli şəkildə əldə edilə bilən bir prosesdir. Xalqların yaxınlaşmasının ən real yolu insandan-insana əlaqələrin yaradılmasıdır. Mədəniyyət, idman, elm, biznes və tələbə mübadilələri cəmiyyətlərin bir-biri ilə birbaşa təmas qurmasını təmin edir. İnsanlar bir-birini sözlərdən yox, real qarşılaşmalardan tanıdıqca, stereotiplər zəifləyir və normal münasibətlərin bərpası üçün sosial zəmin yaranır. Bu, xüsusilə gənclər arasında daha təsirli ola bilər.Yaxınlaşma prosesi yalnız emosional deyil, həm də iqtisadi rasional maraqlara əsaslanmalıdır. Regionda yeni kommunikasiyaların açılması, ticarət əlaqələrinin qurulması və qarşılıqlı iqtisadi asılılığın formalaşdırılması sülhü sabit və davamlı edir. Çünki iqtisadi əməkdaşlıq həm riskləri azaldır, həm də müharibənin yenidən başlamasını qeyri-mümkün edən bir mexanizmə çevrilir. Siyasi liderlik və ictimai kommunikasiya mühüm rol oynayır. Hər iki tərəfin siyasi elitaları radikal ritorikanı azaltmalı, barışıq prosesini cəmiyyətə doğru izah etməli və onun legitimliyini təmin etməlidir. Bu olmadığı halda, radikal qruplar münasibətlərin normallaşmasına mane ola bilər. Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşması mümkün, lakin çoxmərhələli, həssas və davamlı yanaşma tələb edən bir prosesdir. Bu münasibətlər yalnız dövlət səviyyəsində deyil, həm də cəmiyyət, iqtisadiyyat, mədəniyyət və təhsil platformalarında paralel şəkildə qurulduqda real nəticə verə bilər. Sülh nə yalnız sənəd, nə də yalnız emosiyadır -sülh sistemli şəkildə qurulan etimadın nəticəsidir".

Müəllif: Ziya Hikmətoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri