Eritreyada saxlanılan 18 Azərbaycan vətəndaşı azadlığa buraxıldı XİN bəyanat yaydı
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Eritreyada saxlanılan 18 Azərbaycan vətəndaşı dövlət başçısının tapşırıqlarına uyğun olaraq uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq ölkəyə gətirilib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində mümkün olub.
Eyni zamanda vurğulanıb ki, gəmi heyəti Eritreyada olan müddət ərzində Azərbaycanın Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib: "Bu prosesdə yaxından dəstək göstərən Türkiyənin Eritreyadakı səfirliyinə dərin minnətdarlığımızı bildiririk".
Xatırladaq ki, həmin şəxslər ötən il noyabrın 7-dən Eritreyada saxlanılıb. Onlar “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialının istismar etdiyi “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyət üzvləri olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Mart 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















