Erməni ekspert: “Paşinyanın hakimiyyətdə qalıb qalmaması Əliyevin iradəsinə bağlıdır”
Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Paşinyan əslində erməni xalqından və Ermənistandan real sülh fürsətini oğurlayır”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərin müəllifi ekspert Tatevik Ayrapetyandır.
Onun sözlərinə görə, əgər Azərbaycanla müharibə problemi aradan qalxarsa, bu Ermənistanın yenidən bərpasına çox böyük xeyir verəcək.
Ayrapetyan onu da deyib ki, ermənilər 2020-ci ildən sonra nəfəsini dərməlidirlər. “Yavaşlamalıyıq. Bir az nəfəsimizi dərməliyik. Amma Paşinyan bu unikal fürsəti bizə qarşı yönəldir. O, bu müddətdən dövlətimizin daha da məhvi üçün istifadə etməyə hazırlaşır”.
Onun iddiasına görə, Paşinyan hakimiyyətinin qorunub saxlanmasını Əliyevin iradəsi ilə əlaqələndirib. “Elə buna görə də Bakıdan gələn bütün göstərişləri yerinə yetirir. İllər sonra bu barədə özünü etiraf edən bəyanatlar verir”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 26 Avqust 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















