Erməni hərbçilər arasında insident: 18 yaşlı əsgər Zəngəzurda öldürüldü
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanda ordu daxilində gərginlik və insidentlər artmaqda davam edir.
Globalinfo.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının 18 yaşlı hərbi qulluqçusu Zəngəzur bölgəsində öldürülüb.
İlkin məlumatlara əsasən, hadisə hərbçilər arasında yaranan dava zamanı baş verib. Davada bıçaq və odlu silahdan istifadə olunduğu bildirilir. İnsidentin dəqiq təfərrüatları hələ açıqlanmasa da, Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib və araşdırmalara başlanıldığını bildirib.
Qeyd edək ki, bu kimi halların artması Ermənistan ordusundakı nizam-intizamın zəifliyi və daxili qarşıdurmalarla bağlı narahatlıqları daha da artırır.
Tahir Turan
Globalinfo.az
Baxış sayı:40
Bu xəbər 25 İyul 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















