Erməni işğalı nəticəsində dağıdılmış dini abidələrlə bağlı birgə tədbirlərin həyata keçirilməsi müzakirə edilib
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Respublikasındakı Azərbaycan səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Samir Abbasov Türkiyə Diyanet Fondunun İslam mədəniyyəti və incəsənət şöbəsinin proqram rəhbərləri Məryəm Dalgıç və Semahat Özgençini qəbul edib.
Newscenter.az Mərkəzə istinadən bildirir ki, görüş zamanı erməni işğalı nəticəsində dağıdılmış ümumi dəyərlərimiz, milli mədəniyyətimiz və dini abidələrimizlə bağlı birgə tədbirlərin həyata keçirilməsi müzakirə edilib.
Söhbət zamanı həmçinin mayın 7-11-də Ankarada keçiriləcək Beynəlxalq İslam Mədəniyyəti və İncəsənət Sərgisində Azərbaycan milli xalçaları, miniatür və ağac oyma mütəxəssislərinin əl işlərindən ibarət Azərbaycan stendinin quraşdırılması ətrafında da fikir mübadiləsi aparılıb.
Tərəflər bu istiqamətdə birgə çalışmağa razılıq veriblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Erməni vandalizminin izləri: dağıdılmış dini və tarixi abidələr
20 Oktyabr 2025 16:28
Komitə sədri: Erməni işğalı nəticəsində İslam və Xristian dinlərinə aid ibadət ocaqları darmadağın edilib
18 Dekabr 2024 10:24
Ayxan Hacızadə: Rus evi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir
06 Fevral 2025 17:23
Erməni diplomatlar Britaniyada: Nələr müzakirə edilib?
25 Fevral 2025 22:02
Dağıdılmış Ağdam erməni vandalizminin və barbarlığının şahididir ŞƏRH AZƏRTAC
20 Noyabr 2024 12:56
Baxış sayı:73
Bu xəbər 17 Aprel 2025 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















