Icma.az
close
up
RU
Erməni lobbisinin növbəti uğursuzluğu: Bu dəfə İsveçrə Parlamentində TƏHLİL

Erməni lobbisinin növbəti uğursuzluğu: Bu dəfə İsveçrə Parlamentində TƏHLİL

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Erməni lobbistlərinin növbəti cəhdi uğursuzluqla nəticələnib.

Uğursuzluq bu dəfə İsveçrə Parlamentində yaşanıb.

İsveçrə Parlamentində hansı sənəd qəbul olunub?

Martın 18-də İsveçrə Parlamentinin Yuxarı Palatası sayılan Kantonlar Şurasının (Senat) “Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxalq sülh forumu”nun təşkil edilməsinə dair təklifi Senatda 29 səslə lehinə, 12 səslə əleyhinə və 4 bitərəf olmaqla qəbul edilib. Təklifdə qeyd olunur ki, Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtması üçün onlarla Azərbaycan hökuməti arasında dialoq təşkil olunsun.

Erməni lobbisi və Ermənistan mətbuatı bu təklifin qəbul olunmasını hər nə qədər fövqəladə hadisə kimi qələmə verməyə çalışsa da, baş verənlər, əslində, növbəti fiaskodan başqa bir şey deyil.

Ən əsası ona görə ki, bu cür sənədlərin, təkliflərin Azərbaycan, eləcə də beynəlxalq aləm və hüquq üçün heç bir qüvvəsi yoxdur. Uzun illərdir, Avropanın müxtəlif ölkələrində, müxtəlif beynəlxalq təşkilatlarda buna oxşar sənədlər qəbul edilib. Elə Azərbaycan ərazilərinin işğalının davam etdiyi 30 il ərzində nə qədər qətnamələr, qərarlar, təkliflər, çağırışlar və s. qəbul edilmişdi. Bunların hamısı adi kağız parçası olmaqdan başqa heç nəyə yaramadı. Hətta BMT-nin qəbul elədiyi dörd qətnamə belə masa üzərində qaldı. Nəhayət, Azərbaycan beynəlxalq hüququ, ədaləti, eyni zamanda BMT qətnamələrinin icrasını özü təmin etdi, torpaqlarını işğalçılardan təmizlədi.

İsveçrəli deputatlar təklifə qarşı

İsveçrə Parlamentində baş verənlər də növbəti dəfə erməni lobbisinin pulunu realizə etməkdən başqa bir şey deyil.

Bunu həmin müzakirələrdə iştirak edən deputatlar da yaxşı bilir.

Təklifin əleyhinə olan deputat Josef Dittli deyib ki, sülh forumu yalnız iki ölkənin - Azərbaycan və Ermənistanın razılığı olacağı təqdirdə keçirilə bilər.

Digər deputat Fabio Reqatsi Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd edib, İsveçrənin bu məsələlərə daha ehtiyatla yanaşmalı olduğunu və sülh müqaviləsinin layihəsinin hazırlandığı dövrdə belə bir təşəbbüsün irəli sürülməsinin hər iki tərəfdə narazılıq yarada biləcəyini deyib. O, “Dağlıq Qarabağ”ın beynəlxalq hüququn subyekti olmadığını və danışıqların Azərbaycan və Ermənistan arasında aparılmalı olduğunu qeyd edib.

İsveçrə hökuməti də təklifin əleyhinədir

İsveçrə hökuməti də təklifin əleyhinə çıxıb. İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri (nazir) İqnasio Cassis çıxışında məsələnin obyektiv və balanslı həllinə sadiq qalaraq, təxribat xarakterli hər hansı addımın qəbuledilməz olduğunu vurğulayıb.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhə dair təşəbbüs yalnız hər iki ölkənin razılığı ilə həyata keçirilə bilər. İqnasio Cassis İsveçrənin beynəlxalq hüquqa və ədalətli sülh proseslərinə sadiq olduğunu bir daha təsdiq edərək, Azərbaycan və Ermənistanın İsveçrə Parlamentində irəli sürülən təşəbbüsü dəstəkləmədiyini, onlar arasında sülh sazişinin müzakirə olunduğu bir vəziyyətdə xaricdən lüzumsuz müdaxilələrə ehtiyac olmadığını xüsusi vurğulayıb. Nazir bildirib ki, Qarabağ Azərbaycanın ərazisidir və İsveçrə kimi dövlət beynəlxalq hüququ poza bilməz. İqnasio Cassis Parlamentin bu təşəbbüsünün ölkənin imicinə xələl gətirəcəyini bildirib, bu təşəbbüsə Federal hökumət tərəfindən baxılmasının yalnız hər iki ölkənin məsələyə münasibəti nəzərə alınmaqla mümkün ola biləcəyini vurğulayıb.

Nazir İsveçrənin Azərbaycanın suverenliyini tanıdığın, bu təklifin neqativ təsirlərinin olacağını da bildirib. O, hazırda sülh prosesinin getdiyini və təklifin qəbuledilməz olduğunu, həmçinin İsveçrənin hər iki ölkə arasında təmasların asanlaşdırılmasına köməklik etdiyini nəzərə alaraq, bu təklifin qəbulunun qeyri-produktiv olacağını vurğulayıb.

Dünya Azərbaycanın regionda dəyişdiyi reallıqları qəbul edir

Göründüyü kimi, ayrı-ayrı ermənipərəst dairələrin və şəxslərin səylərinə baxmayaraq, beynəlxalq hüquq və münasibətlərə əsaslanan dövlətlər və insanlar məsələyə daha konstruktiv yanaşma sərgiləyirlər. Artıq bütün dünya Azərbaycanın regionda dəyişdiyi reallıqları qəbul edir. Qarabağın Azərbaycanın ərazisi olduğu beynəlxalq hüquq baxımından təsbit olunduğundan, əslində, bunda qeyri-adi heç nə yoxdur. Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmadığından, heç kimə də onun daxili işlərinə qarışmağa imkan vermir və verməyəcək. Keçmiş “Dağlıq Qarabağ” münaqişəsi birdəfəlik tarixin zibilliyinə atılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Mart 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri