Icma.az
close
up
RU
Erməni millətçiliyi kimə sərfəlidir?

Erməni millətçiliyi kimə sərfəlidir?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rus politoloq Nikolay Silayev sualı, bəlkə, fərqinə varmadan cavablandırır

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu nəzdindəki Beynəlxalq Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, politoloq Nikolay Silayev İrəvanda keçirilən “Avrasiya Dialoqu. Ermənistan” Beynəlxalq Analitik Proqramının təqdimatı zamanı son dərəcə maraqlı məqama toxunub. Daha doğrusu, onun üzərində dayandığı məsələ Qafqazda erməni varlığının əsas mahiyyətini ortaya qoyub. Əlbəttə ki, söhbət dırnaqarası mahiyyətdən gedir.

Xeyr, “dırnaqarası mahiyyət” ifadəsini tam olaraq reallığın dilə gətirilməsi, yəni Qafqazda erməni varlığının real “missiyasının” vurğulanması kontektsində işlətmirik. Başlıca məqam bu varlığa kənardan münasibətdir. O münasibət ki, xarici qüvvələr onun tərkib hissəsi olan hərəkət və davranışları, obrazlı desək, hayların əyinlərinə biçib, onlar üçün alın yazısına çeviriblər. Yəni politoloq Silayevin bəlkə fərqinə varmadan dilə gətirdiyi məhz budur. Elə isə yazımızın məğzinə keçək.

Deməli, rusiyalı siyasi ekspert bildirib ki, son 1,5 əsr ərzində erməni millətçiliyi mühüm xarici siyasət faktoru olub, bu və ya digər formada böyük dövlətlərin Cənubi Qafqazda proseslərə yanaşmasına təsir göstərib: “Hazırda biz görürük ki, Ermənistan son 150 ildə mövcud olmuş erməni millətçiliyindən imtina edir. Burada artıq ölkənin tərəfdaşlarında suallar yaranır”.

Görəsən, hansı suallar? Bu barədə ehtimallarımızı irəli sürərək aşağıdakıları bildirək. Birincisi, Silayev son iki əsrə qədərki zaman kəsiyinin üzərində dayanır. Yəni bu məqam hayların bölgənin aborigen xalqı olmalarına dair sərsəmləmələrini alt-üst edir. İkincisi, tarixdən məlumdur ki, ermənilər Cənubi Qafqaza 1812-1813 və 1827-1828-ci illərin Rus-İran müharibələrinin yekunu olaraq köçürülüblər. Hətta müharibənin nəticələrini təsdiqləyən 1828-ci ilin Türkmənçay müqaviləsində bu köçürülmə barədə ayrıca müddəa yer alıb.

Köçürülmə prosesi 1830-cu ildən sonra vüsət almağa başlamış və bir müddət sonra çar Rusiyası tərəfindən Qafqazda erməni vilayəti yaradılmışdı. Ən başda məqsəd türk- müsəlman torpaqlarına xristian-erməni pazı yeritmək olmuşdu. Məsələ həm Qərb, həm də rus imperializminin marağında idi. Çünki onlar müştərək düşmənə - Osmanlıya qarşı təxribat sipəri formalaşdırmağa girişmişdilər və istəklərinə nail olmuşdular.

Bəli, hər iki tərəf eyni məqsəd naminə erməni millətçiliyindən yararlanmışdı. Onlar bu millətçiliyin təşkilatlanması istiqamətində məqsədyönlü fəaliyyət də həyata keçirmişdilər. Silayevin barəsində söz açdığı “erməni millətçiliyi mühüm xarici siyasət faktoru olub” fikri də diqqətə çatdırdığımız tarixi reallıqdan qaynaqlanır.

İndi isə ekspert, bir növ, həyəcan təbili çalır. Təxminən belə: erməni varlığı kənar qüvvələrin xarici siyasət faktoru olmaq ampluasından çıxıb. Belə bir hal yaşanıbsa, ermənilər kimə lazımdır? Rusiyalı ekspertin sözlərindən gəlinən qənaət budur ki, heç kim bu varlığa ehtiyac duymur. Onun “burada artıq Ermənistanın tərəfdaşlarında suallar yaranır” fikri də gəldiyimiz qənaətin təsdiqidir.

Qeyd edək ki, politoloq Silayev düşüncələrini 2020 və 2022-ci illərin hadisələrindən sonra İrəvanın Moskva ilə ittifaqa etimadının azalması kontekstində açıqlayıb. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi son illərdə belə bir mövqedən çıxış edir ki, Azərbaycandan və daha az dərəcədə Türkiyədən qaynaqlanan təhlükəni azaltmaq lazımdır və problem güzəştlər hesabına aradan qaldırılmalıdır.

Əlbəttə, politoloqun nəyə görə məsələyə sırf təhlükə prizmasından yanaşdığı məlumdur. Çünki ermənilərin azərbaycanlılara, ümumən türklərə düşmənçilik motivlərini aşılayan həm də Rusiya olub. Yəni cənab Silayev rus siyasi estableşmentindəki ənənəvi tezisi təkrarlayır. Belə bir tezisin mövcudluğuna görədir ki, rəsmi İrəvanın konstruktivliyə meyilli kursu güzəşt sayılır. Əslində, ermənilər, müəyyən mənada, təməl oyun qaydalarını pozmuş kimi göstərilir. Axı türklərlə barışıq erməni varlığının əyninə biçilmiş libas deyil. Müvafiq olaraq, türklərlə düşmənçilik hay millətçiliyinin qayəsidir.

Deməli, Silayev erməni millətçiliyinin çöküşünü Ermənistanın Rusiya ilə yollarını ayırması nöqteyi-nəzərdən təsəvvürə gətirib. Baxın, o, çox açıq şəkildə deyib ki, Ermənistan Ankara və Bakı ilə razılaşmalar əldə etməklə, faktiki olaraq, Moskva ilə əməkdaşlığa ehtiyacı azaldır. Amma politoloq, İrəvanı, belə demək mümkünsə, məhvərinə qaytarmaq üçün “şans” gördüyünü də açıqlayıb. Söhbət bu ilin yayında Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən gedir.

O seçkilərdən ki, rusiyalı politoloqun fikrincə, erməni millətçiliyi ideologiyasının insanlar, yəni sıravi haylar üçün nə dərəcədə aktual qaldığı sualına aydınlıq gətirəcək: “Amma məsələ ondadır ki, istənilən xarici müdaxilə insanları bu və ya digər qərara sövq edə bilər – ya həmin erməni ideologiyasının əhəmiyyətini təsdiqləyə, ya da ondan imtinaya gətirib çıxara bilər”.

Sonda onu da bildirək ki, politoloq Silayevin dilə gətirdikləri məqamlar, bütövlükdə, Rusiya düşüncə sisteminin Ermənistana yanaşmasından qaynaqlanır. O yanaşmadan ki, onu rəsmi İrəvanın təmsilçiləri, ən əsası, baş nazir Nikol Paşinyan bəzən açıq, bəzən isə dolayısı ilə tənqid edir. Məsələn, Paşinyan bir müddət əvvəlki “Facebook” paylaşımında vurğulamışdı ki, indiyədək ermənilərə yaşamaq uğrunda mübarizə təlqin olunub, amma bundan sonra inkişaf dövrü başlayacaq.

Başqa sözlə desək, düşmənlərə qarşı mübarizə təbliğatı Ermənistanın və erməni xalqının inkişafına maneçilik törədib. Belədə ortaya son dərəcə mühüm sual çıxır: Hay millətçiliyini arzulayan xarici qüvvələr, indiki halda rusiyadakılar Ermənistanın bir dövlət olaraq mövcudluğuna, erməni xalqının dövlətə malik xalq kimi ömür sürməsinə razılıq verəcəkmi? Hesab edirik ki, bu sual rəsmi İrəvanı çox ciddi düşündürməlidir. Nəinki rəsmi İrəvan, bütövlükdə erməni xalqını düşündürməli və qarşıdakı parlament seçkilərinə daha böyük əzmlə hazırlaşmalıdır.

Hər iki kəsim nəzərə almalıdır ki, artıq 150, 200 il əvvəlki dövr deyil. Nə hazırkı Azərbaycan həmin illərdəki dövlətsizlik durumunun məngənəsində boğulur, nə də indiki Türkiyə o zamanın Osmanlısıdır. Kimlərəsə, hansısa qüvvələrəsə güvənməyin mənasızlığı da 44 günlük müharibə və savaşdan sonrakı proseslər gedişində tam sübuta yetirildi. Yəni erməni xalqı qətiyyət göstərib millətçiliyi tarixin arxivinə göndərməli, öz qarşısında pozitiv, qonşularla normal keçinməyə əsaslanmış yaşam səhifəsi açmalıdır. Nicat yolu yalnız bundadır, yenidən xarici qüvvələrin maşasına çevrilməkdə yox!

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Mart 2026 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri