Icma.az
close
up
RU
Erməni təcavüzü yeniyetmə və gəncliyimi əlimdən alıb” Qərbi Azərbaycan Xronikası

Erməni təcavüzü yeniyetmə və gəncliyimi əlimdən alıb” Qərbi Azərbaycan Xronikası

Icma.az bildirir, Report.az portalına istinadən.

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Üç-dörd yaşımda ermənilər ailəmizi kənddən qovublar” adlı veriliş əslən Göyçə mahalı, Qaraqoyunlu dərəsinin Çəmbərək rayonunun Bəryabad kənd sakini Vüqar Namazovun həyat hekayəsinə həsr olunub.

O, 3-4 yaşında kənddən çıxdığını, uşaqlıq illərindən çox az xatirələrin yadında qaldığını, atasının xatirələri ilə böyüdüyünü deyib: “Yadımdadır, evimizin qabağında yol vardı, onun o biri tərəfi məktəb idi. Evimizin arxası dağ silsiləsi idi, dağın sıx meşələri vardı. Atam sağ olarkən bizə kənddən çox danışırdı. Onun çəkdiyi adlar, dağların, bulaqların, qayaların adları bu gün də xatirimdədir. Bizim kəndin böyük dağları, yaylaqları olub. Bu yaylaqlar əksəriyyəti Göyçə gölünün ətrafındaydı. Kənd camaatı yaydan ta qar yağana qədər bu yaylaqlarda yerləşiblər”.

V.Namazovun sözlərinə görə, erməni zorakılığı, təcavüzü onları ata-baba yurdlarından məcburən tərk etdirib: “Bu deportasiya, soyqırımı 1905, 1948, 1987-1988-ci illərdə baş verib. Ermənilərin bizi dədə-baba yurdumuzdan qovması mənim yeniyetməliyimi, gəncliyimi əlimdən alıb. Mən həmin zamanlarımı öz vətənimdə, doğma doğulduğum yerdə keçirə bilməmişəm. Bu gün onlar acı xatirə kimi yadımda qalıb”.

Bəryabad sakini 1988-ci ildə çox çətinliklə Sumqayıtda yerləşdiklərini söyləyib: “Balaca bir maşınla iki uşaq, atam, anam, nənəm necə çətinliklə Sumqayıta gəlib yerləşməyimiz gözümün qabağındadır. Bizi kəndimizdən ermənilər və rus əsgərləri qovmağa məcbur edirdilər. Hər kəs əşyalarını götürmədən evləri tərk etdi. Ermənilər yolda qabağımızı kəsdilər. Gənc yaşlarımda valideynlərimizin, ağsaqqalların oranın ağrı-acısına dözməyərək necə ağladıqlarını görmüşəm. Hər zaman kəndimizin adını çəkər, Qaraqoyunluya, elə-obaya qayıtmaq arzusu ilə yaşayırdılar”.

V.Namazov sonda Vətən həsrətindən söz açıb, Bəryabad kəndinə qayıtmağın böyük hədəf və arzu olduğunu bildirib: “Bu torpaqlarda bizim dədə-babalarımız, Oğuz elindən gələn qədim tayfalarımız yaşayıb. Kəndimizin adı da Türk adıdır. Bu gün ermənilər onun adını dəyişib, Barepat qoyublar. Amma inanıram ki, dədə-baba yurdumuza qayıdıb bütün adlarımızı bərpa edəcəyik. İnşallah, babamın qəbrini ziyarət edib, oradan bir ovuc torpaq gətirib atamın qəbrinin üstünə tökəcəyəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Dekabr 2024 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri