Icma.az
close
up
RU
Erməni terrorizmini dünyaya tanıdan Hərəkat

Erməni terrorizmini dünyaya tanıdan Hərəkat

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Xocalı soyqırımı erməni millətçi-şovinistlərinin davamlı olaraq apardığı etnik təmizləmə, soyqırım siyasətinin nəticəsi olmaqla insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Təəssüf ki, Xocalı faciəsini həmin vaxtlar hakimiyyət tərəfindən lazımınca qiymətləndirilmədi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verildi. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi.
Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini aldı. Bu əzmkar fəaliyyətin nəticəsidir ki, son illərdə ondan artıq ölkənin parlamentində Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Fond neçə ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir.
Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər keçirilir.
Dünyanın müxtəlif ölkələrində keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri və Qarabağın və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair hazırlanmış materiallar, bukletlər, fotoalbomlar və kitablar, ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər beynəlxalq ictimaiyyət arasında böyük əks-səda doğurub. Bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulmuşdur.
Leyla xanım Əliyeva dünya coğrafiyasını əhatə edən kampaniya ilə dünya itimaiyyətinə mesaj verirdi ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək.
Onun bu əminliyin özünü doğruldu, “Xocalıya Ədalət” gəldi, 2020-ci il Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Ordusu Xocalı faciəsi qurbanlarının da qisasını aldı.
2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində Xocalının erməni separatçılarından tamamilə təmizləndi və Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaltdı.
Xocalının həyatında yeni qürurverici tarixi başlayıb, Xocalı şəhəri və kəndləri yenidən qurulur, əhali öz torpaqlarına dönür. İndiyə qədər Xocalı şəhərinə və Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə ümumilikdə 881 ailə, 3.602 nəfər köçürülüb.
Bu, Xocalının Ədalətinin dünyaya nümayişidir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Fevral 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri