Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır GÖRÜNTÜ
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ermənistanın “Güclü Ermənistan” fraksiyasının üzvləri Azərbaycan ərazisində yerləşən Kərki kəndində qanunsuz ağacəkmə aksiyası keçirib.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, fraksiya rəhbəri Narek Karapetyan bildirib ki, burada “Müstəqillik bağı” salınacaq.
Onun sözlərinə görə ərazidə qlampinq kompleksinin yaradılması ilə bağlı turizm layihəsi də hazırlanır və yaxın vaxtlarda tikinti üçün icazə alınmasına müraciət ediləcək.
Qeyd edək ki, Kərki Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ərazisində yerləşən eksklavdır və hazırda Ermənistanın faktiki nəzarətindədir. Ermənistanın baş naziri Nikol Paşinyan da bu ərazinin Ermənistanın 29 743 kvadratkilometrlik beynəlxalq tanınmış ərazisinə daxil olmadığını bildirib.
Beləliklə, statusu Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində müzakirə olunan Kərkidə Ermənistan tərəfinin yeni turizm infrastrukturu yaratmaq planı sülh prosesini təhlükəyə atan addım hesab olunmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 21 Sentyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















