Icma.az
close
up
RU
Ermənilər Kərkicahanda dinc sakinləri necə öldürüb? Məhkəmədə sənədlər AÇIQLANDI

Ermənilər Kərkicahanda dinc sakinləri necə öldürüb? Məhkəmədə sənədlər AÇIQLANDI

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Bizim.Media xəbər verir ki, elan olunan sənədlərdən biri 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub.
 

Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş Sarkisyan Georqi İsakoviç ifadəsində göstərib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən qovulublar.


Sənədə görə, G.Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin, Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları, Qrişa, Maksim olub.
Həmin sənədə görə, şahid qismində dindirilmiş Səfərov Şahverdi Bəhlul oğlu ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraq Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq edib.
Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş Xaçaturyan Aleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi, Kaprelyan Qurqen, Raça Beqlaryan və digərləri ermənilərin və azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa başlayıblar.
Araksi Kərkicahan qəsəbəsində çıxış edərək, azərbaycanlıları Qarabağdan qovmağa səsləyib.
1988-ci ilin fevral ayından Sarkisyan Joranın başçılıq etdiyi silahlılar azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı tədbirlər hazırlayıb.
Sənədə görə, zərərçəkmiş şəxs Abuzərov Əvəz Əli oğlu ifadəsində göstərib ki, 1990-cı ilin avqust ayında Rzayev Tapdıq Köçəri oğlu ermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci il iyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər.
 

Ramiz Salahov, Rəhimov Şükür Qasım oğlu, Sahilov Atdıxan Məmməd oğlu, Səfərov Osman Mərdan oğlu və adlarını unutduğu şəxslər ermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həmin hadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, Səfərov Ağəli Aydın oğlu isə öldürülüb. 1991-ci il sentyabrın 25-də Kərkicahana növbəti hücum olub.


Həmin vaxt Hüseynov Aslan Mərdan oğlu ayağından güllə yarası alıb. Sentyabrın 30-da ermənilər avtomat silahdan atəş açıb Kərkicahan sakini Həsənov Telman Yelmar oğlunu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra müəllim Abuzərova Bənövşə Abduləzim qızını, habelə Tarverdiyev Əfqan Novru oğlunu, Soltanov Saleh Hüseynqulu oğlunu, Salahov Nurəddin Musa oğlunu və başqalarını yaralayıblar.
Salahova Şəkər Sada qızının isə Balasanyan Qədir Aşot oğlu tərəfindən yaralanmasını şəxsən görüb. Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər.
1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq Əliyev İlham Bahadur oğlunu qətlə yetiriblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri