Icma.az
close
up
RU
Ermənilərin Azərbaycan xalqına qarşı elədiyi hərbi cinayətləri biz heç vaxt unutmamalıyıq

Ermənilərin Azərbaycan xalqına qarşı elədiyi hərbi cinayətləri biz heç vaxt unutmamalıyıq

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Əslində biz 200 illik bir münaqişənin 90 il davam edən aktiv fazasından sonra nəhayət 2020-dən sonra sülh üçün yaranmış yeni şəraitdə sülh axtarışlarındayıq məşğul oluruq. Bu qədər uzunmüddətli bir münaqişədən sonra birdən-birə sülhün əldə edilməsi birbaşa və bir anda ola bilməzdi. Buna görə də 2020-ci ilin noyabrın 10-dan sonra prezidentin sülh konsepsiyası mərhələlərlə addım-addım davam edir və nəhayət 2020-ci ilin noyabrın 8-də əldə etdiyimiz hərbi-siyasi zəfər hərbi-diplomatik zəfərlə tamamlanaraq ABŞ-də yeni mərhələyə qədəm qoyulub".

Redaktor.az xəbər verir ki, bu barədə deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında bildirdi.

"Bu prosesdə biz sülhə gedən yolda çox böyük minalarla üzləşdik. İlk növbədə, bu minaların üç kateqoriyaya bölünməsini təmin edə bilərik. Bu minalar beynəlxalq təşkilatların qoyduğu minalardır, uzun illər boyu ATƏT-in Minsk qrupunun, onun həmsədrlərinin qoyan yaratdığı minalar idi. İkinci kontekstdə yaradılan minalardır, onları təmizlədik. Üçüncü, fiziki müstəvidə yaradılmış minalardır, onları təmizlədik və nəhayət, bir də önümüzə Zəngəzur dəhlizi adlı böyük bir mina, partlayıcı bir cisim qoyulmuşdur.

Mənə elə gəlir ki, o problem də Birləşmiş Ştatlarda həll olundu və beləliklə biz sülhə gedən o təmizlənmiş, real sülh perspektivinə qədəm qoymağı bacardıq. Biz analiz etsək görəcəyik ki, bütün bu prosesin arxasında dərin bir zəka, üstün bir ağıl, siyasi cəsarət və qətiyyət var. Bu, prezidentin fəaliyyətidir, onun qətiyyətidir, onun iradəsidir. Hazırda, əlbəttə ki, sülhə gedən yol açılıb, kiçik-xırda maneələr qalıb, biz bunların hamısını bilirik. Amma mənə elə gəlir ki, bu yolda artıq biz qeyri-standart, qeyri-ənənəvi yollara da üz tuturuq, müraciət edirik ki, onlardan biri də hörmətli sədr, sizin rəhbərliyinizlə həyata keçirilən parlament diplomatiyasıdır.

Bundan sonra, yəqin ki, digər vətəndaş cəmiyyəti institutları da bu şəkildə dialoqu şahid edəcəyik. Bütün bunlara paralel olaraq biz bir şeyi unutmamalıyıq. Prezident Kəlbəcərdə dedi ki, biz ermənilərlə bütün əlaqələri qura bilərik, iqtisadi kommunikasiyaları açarıq, ancaq ermənilərin Azərbaycan xalqına qarşı elədiyi hərbi cinayətləri biz heç vaxt unutmamalıyıq", - deyə millət vəkili yekunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri