Melkumyan: “Azərbaycan heç vaxt ermənilərin köçürülməsini tələb etməyib”
Tribuna saytına istinadən Icma.az xəbər verir.
Ötən günlərdə xəbər vermişdik ki, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra Yevlaxda orada yaşayan ermənilərin nümayəndələri ilə görüş keçirilmişdi. Tribunainfo.az xəbər verir ki, Yevlaxda keçirilən görüşdə iştirak edən David Melkumyan ötən həftə mediaya açıqlamasında bəzi detaları açıqlayacağını bildirmişdi.
Dünən separatçı David Melkumyan açıqlamasında deyib ki, Yevlax görüşü üç raunddan ibarət olub. Onun sözlərinə görə, Azərbaycan tərəfinin konkret tələbləri var idi. “Əsas müzakirə olunan məsələ humanitar mövzularda idi. Azərbaycan tərəfi ermənilərin Qarabağdan çıxması tələbini qoymayıb”.
O deyib ki, Yevlaxda heç bir gizli danışıqlar aparılmayıb və heç bir sənəd imzalanmayıb. Melkumyan bildirib ki, görüş barədə Xankəndidəki ermənilərə bütün məlumatı verib və onlarla müzakirələr aparıb. “Biz bütün təklif və tələbləri onlara çatdırdıq. Qərarı özləri verdilər. Və Qarabağda qalmaq istəmədiklərini deyib, Ermənistana daşındılar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 25 Mart 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















