Icma.az
close
up
RU
Ermənilərin korrupsioner dayağının sonu Menendezə verilən layiqli cəza ŞƏRH

Ermənilərin korrupsioner dayağının sonu Menendezə verilən layiqli cəza ŞƏRH

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

ABŞ və oradakı erməni lobbisi şokdadır. Lobbinin əlaltısı, keçmiş senator Bob Menendez həbs olunub. O, Misir və Nyu-Cersi iş adamlarından siyasi güzəştlər müqabilində, qızıl külçələr də daxil olmaqla, rüşvət aldığı üçün 11 il həbs cəzasına məhkum edilib.

Manhettendə federal məhkəmənin çıxardığı qərarda korrupsioner Menendez rüşvətxorluq, fırıldaqçılıq və xarici agent kimi fəaliyyət də daxil olmaqla, ümumilikdə 16 maddə üzrə təqsirli bilinib.

Misir və Qətərə hərbi yardım, müttəfiq iş adamlarına qarşı yerli araşdırmalara müdaxilə üçün lobbiçilik etmək müqabilində dəbdəbəli hədiyyələr almaqda təqsirli bilindikdən sonra avqust ayında istefa verən bu şəxsin aldığı rüşvətlər arasında nağd pul, qızıl külçələr və “Mersedes-Benz” avtomobilləri olub.

Manhetten prokurorları Menendezin yüksək vəzifəsindən varlanmaq üçün istifadə etdiyini əsas gətirərək ona 15 il həbs cəzası istəmişdilər.

Beləliklə, dəfələrlə anti-Azərbaycan, anti-Türkiyə mövqe nümayiş etdirən Bob Menendez bundan sonra həyatını həbsxana divarları arasında keçirəcək.

Erməni lobbisinin ən aktiv tərəfdarı olan bu şəxsin bütün fəaliyyəti rüşvət və çirkin fəaliyyət üzərində qurulub. İkinci Qarabağ müharibəsi və onun nəticələrindən sonra Menendez aldığı tapşırıq və əmrlərə uyğun olaraq Azərbaycana qarşı bəyanatlarını daha da intensivləşdirmişdi.

“Ermənilərin Azərbaycanın təcavü­zündən qorunması haqqında” bədnam qanun layihəsinin də müəllifi odur. O, başına özü kimi ermənipərəst senatorlar Bill Kessidini, Kris Van Holleni, Aleks Padilyanı, Şeldon Uay­thausu və Heri Pitersi toplayıb fəaliyyətə keçmişdi. Ümid edirdilər ki, Menendez erməni lobbisi və diaspor təşkilatlarından aldığı vəsaiti onlarla da bölüşəcək. Lakin bu, baş vermədi. Digər bir fakt ondan ibarətdir ki, Menendezin həyat yoldaşı da erməniəsilli amerikalıdır. Adı da Nadine Arslaniyan­dır.

Menendez qeyd olunanlarla yanaşı, vaxtilə rəhbərlik etdiyi komitədə “Dağlıq Qarabağda böhranın qiymət­ləndirilməsi” mövzusunda dinləmələr də keçirib. İddiasında göstərmişdi ki, guya Azərbaycan Laçın yoluna girişi bağlayıb, “acından ölən Qarabağ erməniləri"nə humani­tar yardımın çatdırılmasına imkan vermir. Lakin əvvəlki iddiaları kimi, onun bu sənədi də qəbul edilməmişdi.

Bob Menendez bundan əvvəl keçmiş prezident Cozef Baydenə əfvlə bağlı müraciət etsə də, rədd cavabı alıb. İndi isə ümidini yeni seçilmiş prezident Donald Trampa bağlayıb. Korrupsiya ittihamı ilə məhkum edilmiş Menendez aralarındakı siyasi düşmənçiliyə baxmayaraq, Trampın mərhəmətinə ümid edir.

Ermənilərlə yanaşı, yunan lobbisinə yaxınlığı ilə də tanınan Menendez 2022-ci il üzrə müdafiə xərcləri ilə bağlı Milli Müdafiə Səlahiyyəti Qanununa (NDAA) əlavə olaraq Türkiyənin silahlı PUA proqramının izlənməsi və Azərbaycana edilən yardımların kəsilməsinə mane olan güzəştin aradan qaldırılmasını nəzərdə tutan iki sənəd təqdim etmişdi. Menendezin təklif etdiyi dəyişikliklərdən biri “Azadlığı Müdafiə Aktı”na edilən 907-ci düzəlişin dondurulma prosesinin dayandırılması ilə bağlı idi.

Şübhəsiz ki, Menendezlə bağlı yaşananlar aysberqin görünən tərəfidir. ABŞ-nin milli maraqlarına ziddi olan davranışlar bir vaxtlar Senatın Xarici Əlaqələr Komitəsinə sədrlik etmiş şəxs tərəfindən edilirsə, bu, tamam başqa mətləblərin üstünü açır. ABŞ cəmiyyəti şokda olsa da, Azərbaycan üçün bu, təəccüblü olmadı. Azərbaycan dəfələrlə erməni lobbisinin maliyyəsi ilə hərəkət edən qurumların və şəxslərin fəaliyyətlərini ifşa edib, onların sülh deyil, müharibə istədiklərini bəyan edib.

Ümid etmək olar ki, ABŞ Konqresi bundan sonra Menendez və onunla həmfikir olan digər ermənipərəst senator və konqresmenlərin təkliflərini, qətnamə təşəbbüslərini müzakirəyə çıxarmazdan əvvəl atacağı addımı ölçüb biçəcək. Məsələn, Ermənistanın azərbaycanlılara qarşı çoxsaylı kütləvi qətliam və digər insanlıq əleyhinə cinayətlərinə baxmayaraq, ABŞ Konqresi bir dəfə də olsun azərbaycanlılarla bağlı dinləmə keçirməyib. Bu azmış kimi, ABŞ Konqresi azərbaycanlıların Ermənistandan kütləvi qovulmaqda olduğu 1988-ci ildə anti-Azərbaycan qətnamələr qəbul edərək, faktiki olaraq, Ermənistanın törətdiyi etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərə dəstək verib.

Üstəlik, ABŞ 1992-ci ildə 907-ci düzəlişi qəbul edərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi işğalı və işğal edilmiş Azərbaycan ərazilərindən yüzminlərlə azərbaycanlının qovulmasını dəstəkləyib.

Azərbaycan ümid edir ki, indiki ABŞ rəhbərliyi Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpası prosesinə yardımçı olacaq. Heç olmasa, birtərəfli deyil, balanslı mövqe nümayiş etdirəcək. Görünən odur ki, Tramp ikinci prezidentlik müddətində “sülhməramlı və birləşdirici” olmaq niyyətindədir. Azərbaycan ümidvardır ki, ifrat ermənipərəst siyasət yürüdən keçmiş Bayden administrasiyasından fərqli siyasətin şahidi olacaq.

Bəllidir ki, ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycanın hədəfə alınması, Ermənistanla strateji tərəfdaşlıq sazişinin imzalanması, dəfələrlə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyası üçün prioritet oldu. Bayden dövlət katibi Antoni Blinkenlə birgə erməni lobbisinin tapşırıq və tezislərinə uyğun açıqlama və fəaliyyətlə yadda qaldı. Bu çirkin fəaliyyət onun hakimiyyətinin son gününə kimi davam etdi.

İndiki administrasiyanın isə bütün bu birtərəfli, qərəzli və riyakar siyasəti yaxın buraxmayacağına ümid etmək olar.

Prezident İlham Əliyev də Donald Trampın inaqurasiyasından sonra göndərdiyi təbrik məktubunda bunu xüsusi vurğulayıb: “Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır. Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər”.

Şübhəsiz ki, Menendezlə bağlı çıxarılan qərar da digər ermənipərəst, anti-Azərbaycan və antitürk mövqedə olan qanunvericilər üçün dərs olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://report.az
archiveBu xəbər 30 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri