Icma.az
close
up
RU
Ermənistan ancaq danışır, ortaya heç bir iş qoymur ŞƏRH

Ermənistan ancaq danışır, ortaya heç bir iş qoymur ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.

Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.

Prezident İlham Əliyev Zəngəzur dəhlizindən danışarkən bildirib ki, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək:

"Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq".


 Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, ənənəvi xarakter alan sayca üçüncü Şuşa Qlobal Media Forumu 50-dən çox ölkədən təşrif buyuran nümayəndələrin iştirakı ilə olduqca məhsuldar formada həyata keçirilir:

"Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçıları ilə görüşü, ona ünvanlanan sualların dolğun şəkildə cavablandırılması, dünyada və ölkəmizdə baş verən dəyişikliklər, yeniliklər, eyni zamanda, qlobal gündəlikdəki hadisələrin dəyərləndirilməsi fonunda yaddaqalan keçir.

Tədbirin açılışında dövlətimizin başçısı ona ünvanlanan bütün suallara tutarlı cavablar verərək, Forum iştirakçılarını maraqlandıran məsələləri daha aydın izah etdi. 

Zəngəzur dəhlizi ilə bağlı danışan Prezident İlham Əliyev bunun təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirən logistika olmayacağını, bundan əlavə, beynəlxalq tranzit dəhliz kimi də əhəmiyyəti barədə dəqiq izahlar verdi, mövcud reallıqları çatdırdı. Həqiqətən də 2020-ci il müharibəsindən sonra Azərbaycan nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsinə və şaxələndirilməsinə böyük miqdarda sərmayə qoyub. Yükdaşımalarını artırmaq üçün layihələr həyata keçirən ölkəmizdə müasir infrastrukturun qurulması fonunda 

Zəngəzur dəhlizinin də açıqlaması bu sahəyə ciddi töhfə verəcək. Ölkədə aparılan davamlı və təxirəsalınmaz tədbirlər nəticəsində 

Ermənistan və İranla sərhədə qədər dəmir yolunun tikintisi bir ilə yaxın müddətdə başa çatacaq. 

Dünyada baş verən müharibələr, münaqişələr nəqliyyat yollarının təhlükəsizliyinə təhdidlər yaratdığı bir zamanda Zəngəzur dəhlizi ilə yeni alternativlər və iqtisadi baxımdan böyük gəlirlər əldə edə biləcəyik".


Analitik əlavə edib ki, sülhdən, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışan Ermənistan isə bütün görülən işlərə rəğmən, bu yöndə heç bir ciddi iş aparmayıb:

"Bu cür yanaşma ilə Ermənistan tranzit ölkəyə çevrilmək imkanını əldən verir.  Necə ki, 30 il ərzində işğalçılıq siyasətini davam etdirən rəsmi İrəvan, əgər eyni tendensiyaya son qoymasa, həm əvvəlkitək blokada şəraitində, həm də müəyyən qədər siyasi təcridə məruz qalacaq.  Belə ki, Türkiyə ilə sərhədin açılması üçün canfəşanlıq göstərən Ermənistan, sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin açılmasından yayındığı üçün  siyasi təzyiqlərə də məruz qalır: Ona görə də dəhliz təkcə Azərbaycan yox, region ölkələri üçün də maraqlı və cəlbedici təklif kimi güclü potensiala malik bir yoldur. Rusiyadan uzaqlaşıb Qərbə istiqamətlənən Ermənistan, əslində, dəhlizinin açılması və sülh sazişinin imzalanması ilə bu niyyətinə daha da yaxınlaşmış olar. Ona görə də İrəvan administrasiyası anlamalıdır ki, vaxt onların əleyhinə işləyir və bir 30 il də gözləmək heç kimin xeyrinə deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri