Icma.az
close
up
RU
Ermənistan atəşkəsi niyə pozdu... RƏYLƏR

Ermənistan atəşkəsi niyə pozdu... RƏYLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistan sərhədin bir neçə istiqamətində atəşkəsi pozub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonundakı mövqelərindən Ordumuzun Laçın rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bəs sülh müqaviləsi layihəsinin müzakirə edildiyi vaxtda İrəvanın təxribatlara əl atması nədən xəbər verir, məqsəd nədir?
 

Modern.az mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun və Milli Məclisin deputatı Elçin Mirzəbəylinin fikirlərini öyrənib.


Sabiq xarici işlər naziri bildirib ki, Ermənistan daim müxtəlif qüvvələrin təsiri altında olub:

“Bəzi qüvvələr Ermənistanı təsir vasitəsi kimi istifadə edirlər. Ermənistanın hərbi baxımdan Azərbaycandan qat-qat zəif olduğunu özləri də etirtaf edirlər. Bu şəraitdə onların növbəti təxribatlar törətməsi sadəcə beynəlxalq diqqəti bölgəyə cəlb etmək istəyi ilə bağlı ola bilər. Digər versiya isə Ermənistanın güc strukturlarında hakimiyyətə müxalif mövqeli hərbçilərin çox olması ilə bağlı ola bilər. Həmin hərbçilər baş nazir Paşinyana təzyiq göstərmək üçün bu təxribatlara əl ata bilərlər”.
 

Deputat Elçin Mirzəbəyli bildirib ki, 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çoxsaylı imkanlar yaransa da, məhz İrəvanın və onu himayə edən qüvvələrin təxribatları sayəsində yekun nəticə əldə olunmadı:

“Qənaətimə görə, atəşkəsin pozulmasında fərqli maraqlar iştirak edə bilər. Bəlli olduğu kimi, Ermənistan baş naziri son müsahibəsində bəzi məqamlar istisna olmaqla, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü və eyni zamanda rəsmi Bakı tərəfindən irəli sürülən obyektiv, haqlı şərtlərin əhəmiyyətli hissəsinin qəbul olunmasının mümkünlüyünü dilə gətirmişdi. Atəşkəsin pozulmasının məhz bu açıqlamadan sonra baş verməsi paradoksal situasiya yaradır. Məncə, burada daxili təxribatların yer alması da mümkündür”.


E.Mirzəbəyli qeyd edib ki, Ermənistan bir tərəfdən ənənəvi qaydada sülh bəyanatları verir, digər tərəfdən isə atəşkəsi pozmaqla, prosesin yenidən sıfır nöqtəsinə qaytarılmasına səy göstərir:
 

“Azərbaycanla Ermənistanın Delimitasiya komissiyalarının birgə iclasa toplanması zaman məsələsidir. Ola bilsin ki, sərhəddə insidentin yaradılması niyyəti məhz bu prosesin qarşısnın alınmasına yönəlib. Paşinyanın açıqlamasında üçüncü ölkələrin, indiki şəraitdə Avropa və NATO üzvü olan dövlətlərin “müşahidə missiyası”nın sərhəddə olması bilavasitə demarkasiya olunmayan ərazilərlə əlaqələndirilirdi. Görünür Nikol Paşinyan Azərbaycanın məhz xarici qüvvələrin bölgədə olmaması ilə bağlı şərtini yerinə yetirməməsi və “müşahidə missiyası”nın fəaliyyətini davam etdirməsi üçün belə provakasiyalara əl atmaqla prosesi yenidən dalana dirəmək istəyir. İndiki şəraitdə görünən mənzərə bundan ibarətdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri