Icma.az
close
up
RU
Ermənistan Azərbaycana hücuma hazırlaşır TƏFƏRRÜATLAR

Ermənistan Azərbaycana hücuma hazırlaşır TƏFƏRRÜATLAR

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır. Revanşist qüvvələr Azərbaycana qarşı silahlanmağa başlayıb. 

Belə ki, fransız təlimatçılarının rəhbərliyi ilə şərti sərhədin Ermənistan tərəfində bir-biri ilə tunel sistemi ilə birləşdirilən bastion qalaları tikilir. Burada söhbət təkcə müdafiədən getmir – tunellər şəbəkəsindən erməni diversantları Azərbaycana qarşı təxribatlar törədə, onu təkcə müdafiə infrastrukturunun elementinə deyil, həm də mümkün hücum hərəkətləri üçün tramplinə çevirə bilər.

Habelə Bakıda COP29 konfransı keçirilərkən Hindistanın Ermənistana özünün “Akaş” zenit-raket komplekslərinin ilk batareyasını göndərməsi barədə məlumat yayılıb. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.

Bundan bir ay əvvəl isə Ermənistanın Hindistandan raket əleyhinə “Pralay” taktiki ballistik raketləri almağı planlaşdırdığı məlumatları yayılıb.

Həmçinin Ermənistana Fransanın müasir 155 mm-lik “SEZAR” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, eləcə də tank əleyhinə raket sistemləri gətirilib. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları (“Bunkerfaust” kimi də tanınır), həmçinin “Panzerfaust” da daxil olub. Bundan başqa, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın “Apilas” reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib.

Və nəhayət, Yunanıstan Ermənistana S-300 hava hücumundan müdafiə sistemini və ölkənin hava hücumundan müdafiəsi üçün istifadə edilən Rusiya istehsalı olan daha iki silah sistemini təhvil verməyə hazırlaşır. Bu barədə Yunanıstan mediasında xəbər yayılıb. 

Ermənistanın hərbi əməliyyatlara hazır olduğunu açıq şəkildə göstərən daha bir fakt isə bu ay Ermənistan və Fransa Silahlı Qüvvələrinin bölmələri Yunanıstanda təlimlərdə iştirak etməsidir. Təlimlərin xarakteri belə açıqlanıb: “İştirakçı qüvvələr arasında əməliyyat hazırlığının, döyüş qabiliyyətinin, qarşılıqlı anlaşmanın, təcrübə mübadiləsinin və qarşılıqlı fəaliyyətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə müdafiə və hücum əməliyyatlarının, o cümlədən canlı atışların taktiki ssenarilərinin hazırlanması”. 

İyunun 12-də Ermənistan parlamenti Yunanıstanla hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi haqqında sazişi ratifikasiya edib.

Üstəlik, unutmaq lazım deyil ki, hələ bu ilin yanvarın 30-da "Yerkrapa" erməni terror təşkilatının rəhbəri Sasun Mikaelyan 10 mindən çox "Yerkrapa" yaraqlısının şərti sərhəddə yerləşdirildiyini açıqlayıb.

Bütün bunlar aydın şəkildə göstərir ki, Ermənistan Azərbaycanla yeni müharibəyə fəal hazırlaşır. Təbii ki, onlar xarici qüvvələrin dəstəyi ilə bunu edirlər.

Bu kontekstdə Polşa prezidenti Anjey Dudanın şərti sərhəddə “binokl” təxribatı heç də təsadüfi görünmür. Polşa Rusiyanın əsas avropalı rəqiblərindən biri kimi Moskvanın diqqətini Ukraynadakı müharibədən yayındıracaq və ümumilikdə onun qüvvələrini dağıdacaq münaqişələrin olmasında son dərəcə maraqlıdır. Onlar Azərbaycan və Ermənistanı Varşavanın bu “qaynar nöqtələrindən” biri kimi görmək istəyirlər. Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst üstə düşür.

Bəs İrəvan hansı məqsədlə təxribatlara hazırlaşır?

Birincisi, Paşinyanın reytinqi getdikcə aşağı düşür. O, öz reytinqini qaldırma üçün yeni addımlar atır. Bunlardan biri Azərbaycanla müharibədir. Ermənistan hakimiyyəti Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaq  istəyir.

İkincisi, İrəvan və onun xarici dəstəkçiləri ildırım müharibəsi ilə Azərbaycan ərazisinin müəyyən ərazilərini işğal etmək, bununla da danışıqlar prosesində öz mövqelərini gücləndirməyə çalışmaqdır.

Amma bütün bu oyunların erməni tərəfi üçün necə bitəcəyini təxmin etmək çətin deyil.  Görünür, Ermənistanın hərbi-siyasi rəhbərliyi Bakıdan necə mərhəmət dilədiklərini, dünya dövlətlərinin paytaxtlarından müharibəni dayandırmağı necə xahiş etdiklərini unudublar. Amma fakt odur ki, İrəvan fəal şəkildə hücum əməliyyatlarına hazırlaşır. Bu, Ermənistanın seçimidir. Unutmayaq, "Dəmir Yumruq" yerindədir.

Mehman Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 28 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri