Ermənistan Azərbaycanla sərhəddə beton istehkamlar qurur
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan müdafiə naziri Suren Papikyan Azərbaycanla həmsərhəd ərazilərdə yeni inşa edilən möhkəmləndirilmiş beton istehkamlara baş çəkib.
Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Papikyan ərazidə aparılan işlərlə tanış olub və tikinti prosesinin gedişatını izləyib.
Nazirə görülən işlər, tikinti prosesinin hazırkı vəziyyəti və ərazinin müdafiə imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə olunub.
Ermənistan son illərdə Azərbaycanla sərhəd boyunca hərbi infrastrukturunun gücləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu çərçivədə yeni mövqelərin yaradılması, mühəndis qurğularının inşası və sərhəd xəttində beton istehkamların yaradılması işləri aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Avqust 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















