Icma.az
close
up
RU
“Ermənistan cəmiyyəti parlament seçkilərində sülhə səs verəcək”

“Ermənistan cəmiyyəti parlament seçkilərində sülhə səs verəcək”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanda son aylarda müşahidə olunan siyasi gərginlik artıq normal seçki rəqabəti çərçivəsindən çıxaraq daha təhlükəli mərhələyə daxil olub. Hakimiyyət uğrunda mübarizə xüsusilə Baş nazir Nikol Paşinyanla Rusiyayönümlü siyasi dairələr arasında açıq qarşıdurma formasını alıb. Seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşə, hətta daxili qarşıdurma səviyyəsinə çata bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Ermənistan cəmiyyətində uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunur: “Müxtəlif siyasi düşərgələr artıq bir-birini dövlətçiliyə təhlükə yaratmaqda ittiham edir. Paşinyan tərəfdarları keçmiş hakimiyyət komandalarını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırır. Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində 20-ə yaxın siyasi partiya qeydiyyatdan keçsə də, əsas mübarizə Nikol Paşinyan, Güclü Ermənistan Partiyasının rəhbəri Samvel Karapetyan və “Ermənistan” partiyasının başçısı Robert Köçəryanın başçılıq etdiyi siyasi təşkilatlar arasında aparılır. Siyasi situasiya baxımından seçkinin gedişi və nəticəsi isə Ermənistanın gələcəyi üçün olduqca böyük məna kəsb edir. Belə ki, Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiyameyilli siyasi təmayülün təmsilçiləri sayılırlar”.

S.Vəliyevin sözlərinə görə, bu baxımdan, seçkini “qütblərarası savaşın seçkisi” adlandıranlar da var: “Məlum olduğu kimi, Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, Konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Amma digər iki namizəd məsələlərə baxışında tam fərqli bir yol təqib etməkdədir”.

Millət vəkili qeyd edib ki, Rusiyanın “patronajlığı” altında seçkiyə qatıldığı iddia edilən Samvel Karapetyan Ermənistan ictimaiyyətində daha çox oliqarx kimi tanınır: “Ötən ilin iyunun 18-də “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. Həmin vaxt Ermənistan hüquq-mühafizə orqanları bildirmişdilər ki, Karapetyanın açıqlamaları və fəaliyyətləri ölkənin konstitusion quruluşu üçün təhlükə yaradıb. Sonradan həbsxana təcridi ev dustaqlığı ilə əvəz edilsə də, bu ilin yanvarında Karapetyan məhkəmənin qərarı ilə yenidən “dörd divar” arasına qaytarıldı. Cəmisi 1 gün sonra isə bu qərar da dəyişdirildi - Karapetyan yenidən ev dustaqlığına qayıtdı.

73 yaşlı Köçəryanın isə seçkilərdəki qələbə ehtimalı zəif dəyərləndirilir - səbəb kimi isə, onun rəhbərliyi dövründə Ermənistanın aclıq və səfalət içində olması göstərilir. Bununla belə, revanşist Köçəryan komandası Rusiyanın dəstəyinə ümid edir. Seçki öncəsi rəy sorğuları hazırki baş nazir Nikol Paşinyanın başçılıq etdiyi “Mülki Müqavilə” parityasının öndə olduğunu göstərir.  Bunun əsas səbəbi kimi isə Ermənistan cəmiyyətinin Paşinyanın sülh siyasətinə dəstək verməsidir. Bəlli olduğu kimi, Nikol Paşinyan Azərbaycan ilə münasibətlərin normallaşmasını, Konstitusiyanın dəyişməsini, sülh müqaviləsinin imzalanmasını proiritet elan edib. Son 7-8 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib - Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial həyatın yaxşılaşmasına təkan verir. Erməni cəmiyyəti müharibə tezisləri üzərindən təbliğat aparan namizədlərin hazırki düzəni dağıtmasından qorxur - Paşinyanın apardığı siyasəti isə Ermənistanın “xilası” adlandırırlar. Siyasi ekspertlər bildirirlər ki, Zəngəzur dəhlizi (TRIPP) layihəsi Ermənistan üçün “iqtisadi nəfəslik” ola bilər”.

“Bütün bunların fonunda revanşistlər ictimai rəydə nüfuz qazanmaq üçün Qarabağ kartından yenidən istifadə etməyə çalışırlar. Digər tərəfdən, seçki öncəsi Rusiyada müəyyən dairələr Paşinyana təzyiq göstərməyə çalışırlar. Rusiyanın Ermənistana güzəştli şərtlərlə satdığı təbii qazın qiymətinin artırılması ilə bağlı xəbərdarlıqlar səslənir. Rusiyanın mövqeyi belədir ki, əgər Paşinyan hakimiyyəti Avrasiya İqtisadi Birliyini Avropa İttifaqı ilə əvəzləyərsə Ermənistanı çətin vəziyyət gözləyir. Bundan əlavə, revanşitslər müharibə ritorikasından da danışıqlar. Lakin böyük ehtimalla seçicilər revanşizmə səs verməyəcək. Çünki revanşistlər ölkəni müharibəyə sürükləyə bilər ki, bu da erməni cəmiyyəti üçün arzuolunan deyil. Ermənilər işğalçılıq siyasətinin nəticəsinin onlar üçün necə acı olduğunu gördülər. Əgər bundan sonra Azərbaycana qarşı hərbi təhdidlər olarsa, Ermənistan yenə də ordumuz tərəfindən layiqli cəzasını alacaq. Bu baxımdan, hesab edirəm ki, Ermənistan cəmiyyəti parlament seçkilərində müharibəyə yox, sülhə səs verəcək”, - deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 İyun 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri