Icma.az
close
up
RU
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... XƏBƏRDARLIQ

Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... XƏBƏRDARLIQ

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

“Slovakiyanın nüfuzlu qəzetinə verdiyi geniş müsahibədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bölgədəki reallıqları və Ermənistan-Azərbaycan münasibətlərində yaranan yeni mərhələni ciddi tezislərlə təqdim etdi.

Hikmət Hacıyev bir daha bəyan etdi ki, artıq bölgədə sülh mövcuddur. Onun sözləri həm siyasi mesaj, həm də bölgə üçün diplomatik status-kvonu ifadə edir”.

Bunu Musavat.com-a açıqlamasındaSosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirib.

Ekspert qeyd edib ki, Prezident köçməkçisinin “Artıq Ermənistanla Azərbaycan arasında sülh var. Müharibə bitib. Sərhədlərimizə baxanda hər yerdə sülh və sabitlik görürsən”, fikirləri əslində Azərbaycanın yaratdığı yeni regional reallığın əsas konturudur:

“Azərbaycan bu gün yalnız Cənubi Qafqazın yox, bütövlükdə Avrasiyanın ən mühüm təhlükəsizlik təminatçılarından biridir. 30 il ərzində Ermənistanın hərbi işğalına qarşı təkbaşına mübarizə aparmış Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməklə dünya üçün presedent yaradıb. Bu dövlət beynəlxalq hüququn kağız üzərində qalmaması üçün mübarizə aparıb və nəticədə öz ərazi bütövlüyünü bərpa edib. Məhz bu səbəbdən Hikmət Hacıyevin Slovakiya mətbuatında səsləndirdiyi fikirlər qlobal mesaj daşıyır. Azərbaycan bölgədə yaranmış qanuni və legitim status-kvonu sülh sazişi ilə təsdiqləməyə hazırdır”.

T.İsmayılov vacib bir məqama da diqqət çəkib:

“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanla diplomatik yollarla qarşılıqlı tanınma əsasında münasibətlər qurmağa hazırdır. Hacıyevin də qeyd etdiyi kimi, bölgədə artıq hərbi qarşıdurma gündəmdən çıxıb. Problem mübahisə səviyyəsinə keçib. Bu, sivil yanaşmanın, siyasi yetkinliyin və diplomatik mədəniyyətin nümunəsidir”.

Ekspert Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü ərəfəsində okeanın o tayından verilən reaksiyaları da təsadüfi saymır. Eyni zamanda bəzi düzəlişlərə zərurət olduğunu vurğulayıb:

“ABŞ dövlət katibi Marko Rubionun da vurğuladığı kimi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması dünya üçün əhəmiyyətli bir hadisədir. Lakin burada Rubionun arqumentlərində ciddi ziddiyyət var. O, bu prosesi Tramp administrasiyasının nailiyyəti kimi təqdim edir. Halbuki, bu sülh gündəmi 2020-ci ilin sentyabrında başlanmış və Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyi ilə formalaşmışdı.

Azərbaycan dövləti təkbaşına üçtərəfli bəyanatın icrasına nail oldu, Ermənistanı Qarabağdan tamamilə çıxardı və bölgədə sabitlik yaratdı. İndi isə Bakı konstruktiv şəkildə sülh sazişi üçün masaya oturub. Ermənistanın konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarına son qoyulması isə bu prosesin fundamental şərtidir. Bu sadəcə hüquqi düzəliş deyil – bu, bölgədə yeni dövrün başlanğıcı olacaq addımdır. Əgər rəsmi İrəvan bu konstitusiya düzəlişini həyata keçirməsə, heç bir saziş real və dayanıqlı ola bilməz”.

Ekspert hesab edir ki, Ermənistan həm də Minsk qrupu kimi artıq ölü doğulmuş bir mexanizmdən əl çəkməlidir:

“Bu gün Cənubi Qafqazda yeni bir reallıq var və bu reallıq tarixin məntiqidir. Azərbaycan bütün postmünaqişə dövründə müdrik davranıb, qalib dövlət olaraq revanşist yanaşma sərgiləməyib. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan qarşı tərəfin suverenliyini tanımağa hazırdır, əgər eyni prinsip İrəvan tərəfindən də tətbiq olunarsa. Bu isə sülh sazişinin mahiyyətidir – qarşılıqlı tanınma və daxili hüquqi sənədlərdə qarşı tərəfə qarşı iddialardan imtina.

Hikmət Hacıyev həmçinin Ermənistanla birbaşa, vasitəçilərsiz danışıqlar kanalının mövcud olmasını müsbət hal kimi qiymətləndirib. Bu, son illərin ən uğurlu diplomatik nəticələrindən biridir. İki ölkə ilk dəfə olaraq öz problemlərini üçüncü tərəflərin təzyiqi olmadan müzakirə edə bilir. Bu, sülh üçün real zəmin deməkdir. Əgər proses uğurla başa çatsa, bölgədə kommunikasiya xətləri açılacaq, Zəngəzur dəhlizi işə düşəcək, ticarət, nəqliyyat və enerji əməkdaşlığı sürətlənəcək. Bu, Ermənistan üçün də faydalıdır”.

STM əməkdaşınım fikrincə, İrəvan tarixi fürsəti qaçırmamalıdır:

“Əgər yenidən daxili siyasət və revanşist populizm bu prosesə əngəl olarsa, günahkar yalnız Ermənistan olacaq. Azərbaycan öz siyasi iradəsini ortaya qoyub, ərazilərini hərbi yolla deyil, beynəlxalq hüquq çərçivəsində qoruyur. Qarabağ artıq gündəmdə deyil, çünki o, Azərbaycanın nəzarətindədir.

Ermənistan ordusu bu torpaqlardan tamamilə çıxıb və Azərbaycan burada mülki həyatı bərpa edir. Füzulidən Şuşayadək, Laçından Zəngilana qədər həyat qayıdır. Bu gerçəklikləri danmaq yalnız özünü aldatmaqdır. Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh gələcək rifah üçün yeganə yoldur. Əks halda, təcrid olunmuş, köhnə ittifaqlara bel bağlayan zəif bir dövlət obrazı qalacaq. Ermənistan xalqı bunu istəmir və bunu seçkilərdə də göstərəcək. Son nəticədə Azərbaycan bu gün regional liderdir. Onun siyasi iradəsi, diplomatik bacarığı və hərbi gücü balanslı şəkildə fəaliyyət göstərir.

Hikmət Hacıyevin açıqlamaları isə bu gücün rasional və sülhpərvər üzüdür. Azərbaycan sülh istəyir. Amma bu sülh ədalətli və hüquqi əsaslı olmalıdır. Çünki regionun gələcəyi buna bağlıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 İyul 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri