Icma.az
close
up
RU
Ermənistan hərbi uğura hazırlaşır “Azərbaycan Ordusu 51ə qayıdacaq

Ermənistan hərbi uğura hazırlaşır “Azərbaycan Ordusu 51ə qayıdacaq

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son günlər rəsmi İrəvanın silahlanma xəttini gücləndirdiyi haqda iddialar dolaşır. Bildirilir ki, Ermənistanda revanşizm meyilləri yenidən artıb. Savaş terminologiyasına isə yeni ifadə daxil olub – “kiçikmiqyaslı uğur müharibəsi”. Əsas versiya bundan ibarətdir ki, Qərb Paşinyanı “kiçik hərbi uğura” inandırmağa çalışır.

Səbəb nədir? Doğrundamı region 3-cü müharibəyə doğru gedir? Belə bir savaş baş versə, sərhədin keçilməsi, bufer-zona yaradılması gözlənilirmi? Sərhədi keçib ərazi nəzarətə götürən tərəfi beynəlxalq aləmdə nə gözləyir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, son yarım ildə, xüsusilə də 5 aprel Brüssel görüşündən sonra ortaya çıxan mənzərə ondan ibarətdir ki, ABŞ, Aİ və Fransa Ermənistanın ciddi şəkildə silahlandırılmasında maraqlıdır:

“Onlar bölgədə hərbi balansın yaradılmasını istəyirlər. Bu istiqamətdə real addımlar atılmaqdadır. Həmin vaxtdan bu günə qədər Ermənistan ordusunda fransız general Ermənistan Baş naziri Nikol Paşinyanın müşaviri qismində fəaliyyət göstərir. ABŞ hərbçiləri Ermənistan Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışaraq təlimatçı və digər funksiyaları həyata keçirirlər. Digər tərəfdən erməni əsgərlər təlim keçmək üçün ABŞ və Fransaya göndərilir. Bu ilin yayında Ermənistan hərbçiləri ABŞ hərbçiləri ilə birgə hərbi təlimləri keçirdi. Bölgəyə Vaşinqton rəsmiləri ard-arda səfərlər etdilər. Ermənistan Fransa, Yunanıstan və Hindistanla ayrı-ayrılıqda hərbi əməkdaşlıqla bağlı memorandumlar imzalayıb. Əldə edilmiş razılığa görə, müqaviləyə uyğun olaraq silah-sursat, hərbi texnikanın tədarükünə başlanılıb. Hindistandan müxtəlif artilleriya sistemləri, haubitsalar, orta və uzunmənzilli raket sistemləri, İrandan PUA-lar və raketlər, Fransanın SEZAR qırıcıları, Bastion və mətbuata məlum olmayan digər silahlar daşınır”.

Oqtay Qasımov

Politoloqun sözlərinə görə, Ermənistan və havadarları bölgədə eskalasiya yaratmaq üçün cəhdlər edirlər. Belə olan halda isə Azərbaycan Ordusu növbəti dəfə BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edə bilər:

“Hansısa əməliyyatlar keçirib, kiçik uğur qazanmaqla erməni cəmiyyətində revanşist əhvali-ruhiyyəni yüksəltmək, hakim partiyanın reytinqini qaldırmaq istəyirlər. Azərbaycan baş verən prosesləri yaxından izləyir və uyğun hazırlıqlar görür. 2025-ci ilin dövlət büdcəsində hərbi xərclər təxminən 5 milyard dollar nəzərdə tutulub. Bu da bölgədə ciddi şəkildə gərginliyin olmasından xəbər verir. Ermənistanın belə silahlandırılması rəsmi Bakını uyğun addımlar atmağa məcbur edir.

Ermənistan ordusu şərti sərhədlərdə hər hansı təxribat törətməyə cəhd edərsə, Azərbaycan özünü müdafiə hüququndan istifadə etməklə təhlükəsizlik zolağı yarada bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri