Icma.az
close
up
RU
Ermənistan hücuma cəhd edərsə, Azərbaycan Zəngəzuru götürə bilər Hərbi ekspert

Ermənistan hücuma cəhd edərsə, Azərbaycan Zəngəzuru götürə bilər Hərbi ekspert

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Bu gün dünya elə qarışıqdır ki, istənilən proqnoz özünü doğrulda bilər. O cümlədən Ermənistanın Azərbaycana hücum etmək niyyəti də. Yəni elə nadinc dövrdən keçirik ki, hər şey mümkündür. Eyni gündə fərqli vəziyyətlər müşahidə edilir. Məsələn, bir neçə gün əvvəl ABŞ Ukraynaya hərbi yardımını dayandırmışdı, dünən elan olundu ki, hərbi dəstək, o cümlədən kəşfiyyat məlumatlarının paylaşılması davam edəcək”.

Bunu “Reytinq” onlayn qəzetinə hərbi ekspert Azad İsazadə Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
Onun fikrincə, real durumu və məntiqi əsas götürsək, Ermənistan Azərbaycana hücum etməyi ümumiyyətlə unutmalıdır.
“Adətən hücuma hazırlıq cəbhədə deyil, nisbətən aralıda, hansısa poliqonda baş verir. Əvvəlcə ehtiyat hərbçilər poliqona toplanır, hücum qrupları formalaşdırılır. Son anda isə hücum baş verir. Biz bunu Rusiyanın Ukraynaya hücumundan əvvəl də müşahidə etdik. Müdafiə məqsədli təlimlər isə adətən nümayişkarənə formada keçirilir, çünki məqsəd çəkindiricilik mesajı vermək, bunu nümayiş etdirməkdir. Reallıqla məsələyə yaxınlaşdıqda görərik ki, Ermənistanın nə hücum, nə də müdafiə təlimləri keçirmək imkanı yoxdur. Əlbəttə, mən real təlimləri nəzərdə tuturam”, - hərbi ekspert bildirib.

A. İsazadə
A. İsazadə əlavə edib ki, Ermənistanın cəbhədə təxribat törətməsi, eləcə də mümkün hücum niyyətindən narahat olduğumuz kimi, qarşı tərəf də bizim davranışlarımızdan narahat olmalıdır: “Məsələn, indi ermənilər düşünürlər ki, dünyanın əsas diqqəti Ukrayna və İsrailə yönəlib. Eyni zamanda ABŞ və İran arasında münasibətlər yenidən kəskinləşir, Tehran təzyiq altına düşür. Belə bir anda Azərbaycan istəsə, hücum edib niyyətini gerçəkləşdirə bilər və Ermənistanı da müdafiə edən ölkə olmaz”.
Həmsöhbətimiz xatırladıb ki, Ermənistan hər zaman gizli yolla işini görüb və son anda Azərbaycana zərbə endirib: “Artıq bizim 30 ildir ki, təcrübəmiz var. Odur ki, qarşı tərəfə belə bir imkan verilməz. Ağıllı insanlar başa düşürlər ki, təxribat və ya hücum həm də əks-hücumla nəticələnə bilər. Azərbaycana hücum edən Ermənistan əks-hücuma məruz qalsa nə olacaq? Bu zaman Azərbaycan Ordusu Zəngəzuru da götürə, ərazimiz Naxçıvanla birləşə bilər. Mən, sadəcə, izah etmək istəyirəm ki, hücum əks-hücumla yekunlaşar və bu, Ermənistanın xeyrinə olmaz”.
Y. QACAR
Reyting.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri