Icma.az
close
up
RU
Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir

Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistanın Baş naziri Nikol Paşinyanın 1994-cü ildən aparılan danışıqlarda Qarabağın Azərbaycanın tərkibində saxlanılması istiqamətdə müzakirələrin getdiyini etiraf edib. Sadəcə olaraq o, 2018-ci ildə hakimiyyətə gələrkən bu reallığı erməni xalqına izah etmədiyini bildirib. Sizcə, bu kimi etiraflar indiki halda Azərbaycanla aparılan sülh danışıqlarına necə təsir edə bilər?

- Əslində bu kimi həqiqətlərin gec də olsa, etiraf edilməsi mühüm önəm kəsb edir. Paşinyanın indiki halda bu məsələləri gündəmə gətirməsi də təsadüfi deyil. Çünki bu həqiqətlərin çatacağı ünvan erməni xalqıdır. Ermənistanda yaşayanalar bu reallığı bilməlidir. Hazırda baş nazir Ermənistanın keçmiş hərbi canilərini (Robert Köçəryan və Serj Sərkisyan) ifşa edir. İllər boyu erməni xalqına danışılan yalanların əsl mahiyyəti üzə çıxarılır. Ona görə də, bütün bu proses Ermənistanın daxili siyasəti ilə bağlıdır. Gözlənilən də odur ki, Ermənistan rəhbərliyi sülh istiqamətində zəruri addımları atıb, müvafiq sazişləri imzalayıb, Azərbaycana qarşı olan ərazi iddialarına son qoyacaq. Bu, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları və digər məsələlərlə bağlıdır. Bu halda Ermənistan dövləti öz günahlarını tarixin arxivinə göndərə bilər.

- 2024-cü il Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarından mühüm irəliləyişlər əldə edildi. Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi, 12 km-lik sərhəd xəttinin delimitasiya edilməsi və sülh sazilaşması üzrə 17 müddəadan 15-nin razılaşdırılması kimi vacib irəliləyişlər oldu. Bu halda gələn ildən sülh gözləntiləri varmı?

- Problem burada Ermənistanın müstəqil siyasət apara bilməməsi ilə bağlıdır. Çünki Ermənistan təkbaşına qərarlar qəbul edə bilmir. Bu ölkənin sahibi olan bir sıra qüvvələr var. Onların da xəritəsi çox genişdir. Gözlənilən isə o olardı ki, Ermənistan rəhbərliyi müstəqil siyasət yürüdürək sülh istiqamətinə yönəlsin. Məhz bu zaman hansısa konkret razılaşmalar əldə oluna bilər. Amma hələlik Ermənistan bir qütbdən, digər qütbə keçməyə çalışır. Özü üçün yeni sahib axtarışındadır. Bu axtarışlar isə hələlik nəticə vermir. Ona görə də, erməni tərəfinin siyasəti və addımları ilə bağlı hansısa proqnozlar irəli sürmək çox çətindir. Onlar hələ özləri də bilmir ki, sabah hansı addımları ataracaqlar.

- ATƏT-in Minsk qrupundan imtina və Avropa İttifaqının “missiyası”nın ərazidən çıxarılması məsələlərinin sülh razılaşması və sərhədlərin dəqiqləşməsi başa çatdıqdan sonra həlli gündəmə gətirilib. Bu məntiqi necə izah etmək olar?

- Sözsüz ki, bu sülh prosesini uzatmaq, sabotaj etmək üçün edilən gedişlərdir. Faktiki olaraq ATƏT-in Minsk qrupunun heç bir fəaliyyəti yoxdur. Aİ-nin həmin “missiyası”nın isə sərhəddə dayanması məntiqdən uzaqdır. Məhz qeyri-müəyyənliklər fonunda Ermənistanın davranışları açıq şəkildə özünü göstərir. Təbii ki, proseslərin inkişafı Ermənistanın sahiblərinin davranışlarından və təkidlərindən asılıdır. İrəvan indi dünyada proseslərin hansı istiqamətdə gedəcəyini gözləyir. Beləliklə, erməni tərəfi yeni və güclü sahibinin yanına qaçmağı düşünür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 01 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri