Ermənistan Konstitusiyasının dəyişdiriləcəyi tarix Sülh sazişi o zaman imzalancaq ki...
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan Konstitusiyasının 2026-cı ildə dəyişdiriləcəyi vəd edilib.
Respublikanın ədliyyə naziri Srbui Qalyan Ermənistanın yeni Konstisusiyası üzərində işin 8-10 ay vaxt aparacağını bəyan edərək deyib: "Bu asan iş deyil, onu iki-üç aya yerinə yetirmək mümkün deyil, mütəxəssislər uzun müddət çalışmalıdırlar. Söhbət 8-10 aydan gedir. Yeni Konstitusiyanın mətninin bundan tez hazır olacağını güman eləmirəm".
Qalyan yeni Konstisusiyanın mətninin ictimaiyyətə təqdim ediləcəyini, müzakirələrə çıxarılacağını qeyd edib. Nazir deyib: "Onun hər bir bəndi, hər bir müddəası cəmiyyətimizin nümayəndələri ilə müzakirə ediləcək".
Ermənistanın ədliyyə naziri respublika hökumətinin fəaliyyətinin yekun sülhə istiqamətlənməli olduğunu söyləyib.
Bir neçə ildir ki, Bakı hələ də Azərbaycan ərazisinə iddiaları özündə əks etdirən Ermənistan Konstitusiyasına dəyişikliklər aparılmasını tələb edir. Bu iddiaların Ermənistan Respublikasının Əsas Qanunundan çıxarılması sülh sazişinin bağlanması üçün zəruri şərtdir.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Aprel 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















