Icma.az
close
up
RU
İrəvanda revanşizm ALOVLANIR Ermənistan növbəti təxribatlara HAZIRLAŞIR TƏHLİL

İrəvanda revanşizm ALOVLANIR Ermənistan növbəti təxribatlara HAZIRLAŞIR TƏHLİL

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan yenə sülhdən danışır. O keçirdiyi son brifinqdə deyib ki, İrəvan və Bakı sülh sazişinin 17 bəndindən 15-i üzrə razılığa gəliblər, qalan iki məsələ üzrə danışıqlar davam edir:
“Hələlik razılığa gəlmək mümkün olmayan iki maddədən biri üçüncü dövlətlərin qoşunlarının sərhəddə yerləşdirilməsinə, digəri isə beynəlxalq məhkəmələrdə mübahisələrə aiddir”.
Paşinyanın bu tip sərsəm bəyanatları birbaşa ictimai rəyi çaşdırmağa yönəlib. Çünki sülh prosesinin gedişatından xəbəri olmayan ixtiyari şəxs bu sətirləri oxuyanda elə zənn edər ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına sayılı günlər qalıb.
 

MÖVZU İLƏ BAĞLI:
Yardımlar kəsildi, “qara bazar” dağılır... – Ermənistan XAOSA SÜRÜKLƏNİR


Bəs, reallıq necədir?
Ermənistanın siyasi mühitinə azacıq diqqət etmək lazımdır ki, ölkədəki gərginliyi aydın şəkildə görəsən. Bu günlər ölkənin siyasi həyatında gərgin mübarizə gedir. Paşinyan və onun komandası hakimiyyətdə qalmaq üçün Qərblə separat danışıqlar aparır. Milli və dövlət maraqlarını ayaqlar altına atan iqtidar ancaq özlərinin kresloları barədə düşünür. Məqsədləri üçün hətta paşinyançılar öz komanda yoldaşlarını belə fəda edirlər. Məsələn, Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlaması separatçıları ciddi şəkildə narahat edib. Erməni spiker Qarabağdakı separatçıların döyüşmədiyini, qaçdıqlarını, hətta bunun üçün İrəvana yalvardıqlarını bildirib.
Özlərinə haq qazandırmağa çalışan, eyni zamanda “məzlum” görünmək istəyən separatçılar isə bu açıqlamadan sonra od-alov püskürmək yerinə, maksimum loyal davranmağa başlayıblar.
Məsələn, separatçılardan biri Artak Beqlaryan deyib ki, Ermənistan onların Qarabağda qalmaları üçün heç nə etməyib:
“Ermənistan bizə döyüşməyimiz üçün heç bir dəstək vermədi. Onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdılar. Ən azı onlar bunu etməməliydilər”.
Separatçıların tonu aşağı salmalarına səbəb Simonyan və təmsil etdiyi hökumətin bunun ardından daha ciddi faktları açacağından qorxmalarıdır. Çünki Ermənistanın spikeri bu açıqlamasından sonra keçirdiyi mətbuat konfarnsında başqa mətləblərə də toxunub. Həmin açıqlamalarında separatçıların qorxaq olduqlarını, əllərində olan silah-sursatla uzun müddət döyüşə biləcəkləri halda, qaçdıqlarını, habelə Qarabağın onlar üçün müqəddəs olmadığını vurğulayıb. Bu da separatçıların kürkünə birə salıb.
Paşinyan komandasının riyakarlığı
Göründüyü kimi, rəsmi İrəvan ancaq öz ambisiyalarına cavab verən məsələləri önə çəkirlər, digər problemləri isə kimlərinsə üzərinə atmaqla kifayətlənirlər. Təsadüfi deyil ki, Paşinyan 44 günlük müharibə nəticəsində Ermənistanın hərbi kapitulyasiyasının günahını özündən əvvəlki rəhbərlərin üzərinə atıb. Amma, bu fikirləri söyləyəndə Paşinyan nədənsə Şuşadakı rəqsini, “Qarabağ Ermənistandır!” bəyanatlarını unudur.
Halbuki, 44 günlük müharibəyə qədər Paşinyanın 1,6 il vaxtı oldu ki, Azərbaycanla danışıqlar aparsın və problemin sülh yolu ilə həllinə çalışsın. Amma o bunu etmədi. Əksinə 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan yeni ərazilərin işğalı həvəsi ilə Azərbaycan torpaqlarında növbəti hərbi əməliyyatlara başladı. Lakin burnundan uzağı görə bilməyən Ermənistan hakimiyyəti bu dəfə də yanıldı. Azərbaycanın son illərdə nə qədər qüdrətləndiyini və böyük hərbi gücə malik oldmasını nəzərdən qaçırdı. Nəticə isə Ermənistan üçün çox ağır oldu.
Bütün olanlardan sonra Paşinyan və onun komandası “günah keçisi” axtarır. Bu axtarışlar təkcə erməni cəmiyyətində deyil, beynəlxalq aləmdə və qonşu dövlətlərdə gedir. Heç kimə sirr deyil ki, Paşinyan iqtidarı bu gün də reallıqlarla barışmır. Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün təmin olunmasına fərqli don geyindirmək istəyir. Guya ki, Azərbaycan öz hüquqlarının müdafiəsi zamanı ermənilərin separatçı maraqlarına zərər gətirib.
Qəribədir ki, bu məsələdə Qərb də bir çox hallarda Ermənistanla eyni mövqedən çıxış edir. Fransa kimi dövlətlər Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün bərpasını Ermənistanın maraqlarına zərbə kimi qiymətləndirirlər. Bu cür yanaşmalar sayəsində Ermənistanı yeni münaqişəyə təşviq edirlər. Beləcə, Qərb Cənubi Qafqazda hərbi münaqişəni yenidən alovlandırmaq istəyir. Bunun üçün hətta ultramillətçi qüvvələrin imkanlarından istifadə edilir. Anti-Azərbaycan və türkofobiya çağırışları getdikcə güclənir. Bütün bunların fonunda isə Paşinyan deyir ki, Azərbaycanla sülhün bir addımlığındayıq.
Sən saydığını say...
Paşinyan bu cür ikiüzlü çıxışları təsadüfi deyil. Çünki revanşistlər Paşinyanı küncə sıxışdırıb. Xüsusən də, o Rusiya ilə körpüləri yandırandan sonra proseslər aktiv fazaya keçib. Çünki revanşistlərin Kremllə güclü bağlantısı var.
Təsadüfi deyil ki, son vaxtlar Robert Köçəryan və Serj Sarkisyan xüsusilə fəallaşıblar. Onlar hər vasitə ilə Ermənistanda revanşizmi alovlandırmağa çalışırlar. Njdenin davamçıları olan bu qüvvələr daha çox xalqın hisləri ilə oynayır.
Bu da bəlli bir taktikadır.
Yada salaq ki, ötən əsrin 90-cı illərində Levon Ter-Petrosyan iqtidarı Azərbaycanın güclü təzyiqləri qarşısında geri çəkildi və sülh sazişinin imzalanmasına razılıq verdi. Lakin meydanlardan hakimiyyətə gələn ultramillətçi qüvvələr sülhün təmin olunmasına imkan vermədilər. Məlumdur ki, 1998-ci ilin aprelində Njde ideyalarının davamçısı Robert Köçəryan Ermənistanda siyasi hakimiyyətə gəldi. Lakin onun vahid komandası olmadığı üçün ölkəni və prosesləri idarə edə bilmirdi. Ölkədə o zaman əsas söz yiyəsi baş nazir Vazgen Sarkisyan və parlament sədri Karen Dəmirçiyan idi.
Bu cür idarəçiliksə ultramillətçilərin işinə heç cür yaramırdı. Ona görə də 1999-cu ilin oktyabrın 27-də bir qrup terrorçu parlament binasına soxularaq Assambleyanın iclasında iştirak edənləri gülləbaran etdilər. Nəticədə, baş nazir və parlament sədri olmaqla 8 nəfər öldürüldü, xeyli sayda deputat və hökumət üzvü yaralandı.
Bu hadisədən sonra Köçəryanın yolu açıldı. Artıq onun qarşısını kəsəcək bir qüvvə yox idi. Bununla da Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişi layihəsi gündəlikdən çıxdı.
Bu gün Ermənistandakı geosiaysi vəziyyət məhz o illəri xatırladır. Baş nazir həm sülh sazişinin yaxın zamanlarda imzalanacağını deyir, həm də Qərbə inteqrasiyanı gücləndirməyə çalışır. Üstəlik, Rusiya ilə münasibətlərdəki ziddiyyətləri antoqonist səviyyəyə çatdırır. Bu da təbii ki, ultramillətçiləri və revanşistləri məmnun edə bilməz. Öz ağalarından göstəriş alan revanşistlər yenidən Ermənistanda tragik mənzərə yaratmaq istəyirlər.
Təbii ki, Paşinyan da bunun fərqindədir. Ona görə də o sələflərinin aqibətini yaşamamaq üçün hər gün yeni bir nağıl uydurur. Amma bu nağıllarla onun uzağa gedə bilməyəcəyi də məlumdur. Ona görə də Ermənistanda yaxın zamanlarda sürpriz hadisələrin baş verməsi qaçılmazdır. Ola bilsin ki, Ermənistan yenidən müharibəyə başlasın. Bununla da Paşinyan müəyyən vaxt qazanmaq istəyəcək.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see181

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri