Icma.az
close
up
RU
Ermənistan məhv edilmiş Azərbaycan mədəni irsinin bərpası və qorunması üçün səy göstərməlidir ŞƏRH AZƏRTAC

Ermənistan məhv edilmiş Azərbaycan mədəni irsinin bərpası və qorunması üçün səy göstərməlidir ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə prosesi xüsusilə 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə özünü daha amansız formada göstərib. Bu dövrlərdə törədilən cinayətlərdə çar Rusiyası, sonradan isə Sovet İttifaqı rəhbərliyi böyük rol oynayıb. Ermənilərin söz sahibi olduqları ozamankı SSRİ rəhbərliyi Zəngəzur da daxil olmaqla, azərbaycanlıların üstünlük təşkil etdikləri əraziləri Ermənistana verib və yüz minlərlə azərbaycanlının məcburi deportasiyasına dair qərarlar qəbul edib.

1987-ci ilin noyabrında Ermənistan SSR-nin müxtəlif bölgələrindən Qərbi azərbaycanlıların məcburi şəkildə çıxarılması 1987-1991-ci illər arasında baş verən sonuncu deportasiya dalğasının başlanğıcı idi. Bu deportasiya dalğası zamanı azərbaycanlılar yurdlarından zorla çıxarılıb, evləri talan edilib, kəndlər boşaldılıb və çoxu fiziki zorakılığa məruz qalıb. Ermənistan rəhbərliyinin himayəsi altında həyata keçirilən bu etnik təmizləmə prosesləri nəticəsində minlərlə azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputat bildirib ki, Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqınlar həmin illərdə beynəlxalq təşkilatlar tərəfindən heç bir yardım və kompensasiya, hətta qida və sığınacaq dəstəyi ilə təmin edilməyiblər. Onlar beynəlxalq humanitar təşkilatlar və donorlar tərəfindən ayrı-seçkilik və diskriminativ münasibət ilə üzləşib, Azərbaycanın digər bölgələrinə pənah gətiriblər. Mandatına uyğun olaraq etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq, humanitar yardım göstərmək vəzifəsini daşıyan humanitar təşkilatlar hələ o vaxtdan azərbaycanlılara qarşı ayrı-seçkilik xətti tutub.

“Qərbi Azərbaycandan gələn yüz minlərlə qaçqın həyatda qalmağı bacardı. İcma olaraq üzləşdiyimiz böyük çətinliklərə və insan itkisinə baxmayaraq, xüsusilə də 1990-cı illərdə Ermənistan tərəfindən kütləvi deportasiyadan sonra 1989-cu ildə azərbaycanlılar öz qaçqın cəmiyyətlərini yaradaraq bu icma ətrafında sıx birləşdilər. Etnik qrupların hüquqlarına hörmət və qaçqınların geri qayıtmaq hüququnun həlli demokratiya və qanunun aliliyinin vacib elementləridir. Qaçqınların hüquqlarının müdafiəsi və təşviqi beynəlxalq qanunvericiliyin və konvensiyaların tələbləridir. 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi 194 saylı Qətnamədə öz evlərinə qayıtmaq və qonşuları ilə sülh şəraitində yaşamaq istəyən qaçqınlara mümkün olan ən qısa müddətdə bunu etməyə icazə verilirdi”, - deyən P.Vəliyeva qeyd edib ki, BMT-nin Qaçqınların Statusu ilə bağlı Konvensiyası qaçqınların hüquq və müdafiəsini müəyyənləşdirən beynəlxalq müqavilədir. Konvensiya qaçqınların qanuni müdafiə, təhsil almaq və işləmək hüquqları, hərəkət azadlığı da daxil olmaqla sahib olduqları hüquq və müdafiələri müəyyənləşdirir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri (DİM) iki əsas ideal üzərində qurulub:

1. Ümumbəşəri insan hüquqlarının təmin edilməsi və strategiyanın “heç kəsi geridə qoymamağı” təmin etmək.

2. DİM-lərə səmərəli şəkildə nail olmaq üçün qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin vəziyyətinin yaxşılaşdırılması, davamlı həll yollarının həyata keçirilməsi zəruridir.

P.Vəliyeva qeyd edib ki, Qərbi Azərbaycan İcmasının ədalət və sülhün bərqərar olması üçün beynəlxalq hüquqa, tarixi faktlara və sübutlara əsaslanan Qayıdış Konsepsiyası hazırlanaraq qəbul edilib. Sənədin əsas məqamları indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların və onların nəslinin öz vətənlərinə qayıtmaq hüququnu beynəlxalq qanunvericiliyin tələbi kimi izah edir. Bu hüququn layiqli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün şərait yaradılmalı, insanlar oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin edilməlidir. Ermənistan hökuməti barışığa kömək göstərmək, məhv olunmuş Azərbaycan mədəni irsini bərpa etmək və qorumaq üçün səy göstərməli, həyata keçirdiyi yer adı dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son qoymalıdır.

“İcma geri dönüş prosesində və ondan sonrakı dövrdə Qərbi azərbaycanlıların qanuni təmsilçisi və maraqlı tərəfi kimi bütün müvafiq proseslərdə iştirak etməlidir. Beynəlxalq ictimaiyyətə müraciətimiz tarixi vətənlərimizə qayıtmaq haqqında haqlı iddiamızı təsdiq edərək, icmamızın hüquqlarını tanımaqdır.

Bu gün Ermənistan SSR-dən zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpası beynəlxalq miqyasda müzakirə olunur, xarici ekspertlərin iştirakı ilə mötəbər tədbirlər keçirilir. Əlli bir ölkədən 100-dən çox nümayəndənin qatıldığı “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda konfrans da qaçqınların geri qayıdışı mövzusunda təcrübə mübadiləsi və dünya ictimaiyyətinin diqqətini bu mövzuya cəlb etmək üçün əhəmiyyətli platformadır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü siyasi kursu və rəhbərliyi nəticəsində Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyulduğu kimi, inanırıq ki, Qərbi azərbaycanlıların da sülh şəraitində, ləyaqətli, təhlükəsiz geri qayıdışı yaxın gələcəkdə reallaşacaq”, - deyə P.Vəliyeva inamını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri