Icma.az
close
up
RU
Ermənistan ona silah verən Fransa və digər ölkələrlə kontraktları ləğv etməlidir ŞƏRH AZƏRTAC

Ermənistan ona silah verən Fransa və digər ölkələrlə kontraktları ləğv etməlidir ŞƏRH AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 11 yanvar, AZƏRTAC

“Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən, 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatından və Qazax rayonun 4 kəndinin bir güllə belə atılmadan qaytarılmasından sonra Cənubi Qafqazda yeni siyasi reallıqlar yarandı. Qlobal dünyanın böyük əksəriyyəti bu reallıqları qəbul etməklə yanaşı, illərdən bəri regionda mövcud olan böyük müharibə təhlükəsinin aradan qalxmasını alqışladı. Nikol Paşinyan və digər Ermənistan rəsmiləri də ilk baxışda bu reallıqları qəbul etdiklərini, əsrlər boyu ermənilərin mənəviyyatını zəhərləmiş “Böyük Ermənistan” xülyasının bir puç olduğunu sanki anlamış kimi, Azərbaycana qarşı heç bir ərazi iddiasında olmadıqlarını, əsas məqsədlərinin dünya birliyi tərəfindən tanınan “real “Ermənistanı”ın qoruyub saxlanması olduqlarını nümayiş etdirməyə çalışırlar. Əslində isə mətbuatda, ikitərəfli və çoxtərəfli görüşlərdə, eləcə də beynəlxalq tədbirlərdə özlərini “sülh göyərçini” kimi təqdim edən bu adamlar və onların “züy tutanları” Azərbaycanın haqlı tələblərini kənara qoymaqla, sülh müqaviləsinin razılaşdırla bilməməsinin günahını Azərbaycanın üzərinə atmağa çalışır, beynəlxalq ictimai rəyi ona qarşı yönəltməyə səy göstərirlər. Bəs əslində nə baş verir?”

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O, bildirib ki, Nikol Paşinyan 44 günlük müharibədən sonra qeyd-şərtsiz kapitulyasiyanı qəbul etmiş olsa da, onun siyasi səhnəni tərk etməyən köhnə opponentləri baş naziri istefa verməyə, yeni seçkilər keçirməyə, yeni müttəfiqlər axtarmağa və üçüncü “Qarabağ savaşı”nı başlatmağa çağıran revanşist çıxışlar etməyə başladılar. Köçəryanların, Sarkisyanların ardınca Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu hissəsində demarkasiyası fonunda zühur edən “yeni lider” - keşiş Baqrat Qalstyan bir neçə ay ərzində Paşinyanı təzyiq altında saxladı. Azərbaycana düşmənçiliyi ilə seçilən bu saqqallı, daxildəki revanşist qüvvəllərlə yanaşı, xaricdən də böyük dəstək aldı. Təzyiq artdıqca, Nikol Paşinyan da yavaş-yavaş “nala-mıxa” vurmağa başladı. “Uşaq aşıq yığan kimi”, Nikol da silah toplamağa başladı. Sülhdən danışaraq, nağd-nisyə, ya da ianə kimi verilən silahlarla silahlanmağa başlayan Ermənistan əsil simasını növbəti dəfə göstərdi. Bu isə o deməkdir ki, “körpə ilana mərhəmət etsən, başı böyüyən kimi, zəhərini ilk sənə axıdacaq”.

Onun sözlərinə görə, prosesləri diqqətlə izləyən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan sürətlə silahlanmanı dərhal dayandırmalı, silahlar geri qaytarılmalı, ATƏT-in formal olaraq qalmaqda davam edən “Minsk qrupu” buraxılmalı, Ermənistan konstitusiyasında Qarabağa iddianı təsbit edən maddələr ləğv edilməli, ABŞ, Avropa İttifaqı və Ermənistan platformasının yaradılması kimi çoxtərəfli danışıqlar formatına və revanşist çıxışlara son qoyulmalıdır. Əks halda Azərbaycan bütün siyasi, hüquqi və güc vasitələrindən istifadə edərək, lazımi tədbirləri görəcəkdir. Bu baxımdan Prezidentin yerli televiziya kanallarına müsahibəsi zamanı irəli sürdüyü fikirlər getdikcə “yalnızlaşan” Ermənistan üçün sonuncu xəbərdarlıq da sayıla bilər: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Yanvar 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri