Ermənistan öz təhlükəsizliyini regionunun daxilində axtarmalıdır, kənarda yox HİKMƏT HACIYEV
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan hazırda baş verən dəyişiklikləri izləyir. Ölkə olaraq görürük ki, qütbləşmə baş verir. SİA xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan hər zaman çoxtərəfli diplomatiyanın tərəfdarı olub: “Biz eyni zamanda, Şərq-Qərb toqquşmasının dərinləşməsini görürük. Böyük güclərin çəkişməsi hər zaman maraqlara uyğun olmur. Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarı Azərbaycan olub. Azərbaycan hərbi-siyasi yolla işğala son qoydu. Azərbaycan regionda yeni status-kvo yaradıb. Bu, ölkələrin suverenliyinə əsaslanıb. Bu region bizə məxsusdur, digər tərəflər gəlib burda dərs keçir. Azərbaycan hesab edir ki, Ermənistan öz təhlükəsizliyini Cənubi Qafqaz regionunun daxilində axtarmalıdır, kənarda yox”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 13 Mart 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















