Icma.az
close
up
RU
Ermənistan qəbul etdi: Naxçıvana yüklər və sərnişinlər bu qayda ilə keçəcək

Ermənistan qəbul etdi: Naxçıvana yüklər və sərnişinlər bu qayda ilə keçəcək

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

ReAl Partiyasının sədri, siyasi şərhçi Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Bizim.Media həmin müsahibəni təqdim edir:
- Natiq bəy, Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr getsə də, proses “ölü nöqtə”dən tərpənmir? Məsələni vakuumda saxlayan nədir?
- Zəngəzur dəhlizi ətrafında artan müzakirələr fonunda Ermənistanın narahatlığı daha çox özünü göstərir. Sözsüz ki, dəhlizin açılması heç də Azərbaycan və Ermənistanla bağlı deyil. Bu məsələdə əsas problem Ermənistanla Rusiya arasındadır. Dəhlizə kimin, necə nəzarət edəcəyi ilə bağlı məsələlər Ermənistanda kifayət qədər ciddi mübahisələr yaradır.
Bu, Rusiya ilə münasibətlərdə gərginliyə səbəb olur. Rəsmi Moskva hələ də 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanata istinad edir. Dəhlizə Rusiya tərəfindən nəzarətin həyata keçiriləcəyi, təhlükəsizliyi məsələsi önə çəkilir. Ermənistan isə buna razı deyil. Onlar dəhlizin öz nəzarətində açılmasını istəyirlər. Beləliklə, proses özü-özünü bloklamış olur.
- Azərbaycan Zəngəzurla bağlı məsələninin sülh danışıqlarından ayrı müzakirəsini təklif edib. Dəhlizlə bağlı Bakının gündəmində nələr var?
- Regional kommunikasiya xəttlərinin və Zəngəzur dəhlizi mövzusunun sülh danışıqlarından ayrıca bir məsələ kimi müzakirə ediləcəyi rəsmi Bakının mövqeyi kimi bəyan edilib. Azərbaycan bununla sülh danışıqlarında maraqlı olduğunu göstərib. Bu dəhlizin və kommunikasiya xəttlərinin açılması məsələsini bir kənara qoyub, sülh danışıqlarında irəliləmək niyyəti ilə bağlıdır.
- Kommunikasiya xəttləri üzərində Rusiya-Ermənistan gərginliyinə Azərbaycanın münasibəti necədir?
- Azərbaycan mövzunu danışıqlardan çıxartmaqla əslində, Ermənistana və Rusiyaya "problemləri öz aranızda həll edin" mesajını verib. Rəsmi Bakı Zəngəzur dəhlizinə paralel olan yolun açılması ilə bağlı İranla intensiv danışıqlar aparır. 5 km-lik fərqlə İran ərazisində 43-44 km-lik yolun çəkilişi sürətlənib. Bu alternativlərlə Azərbaycan asılılıqdan qurtarmaq istəyir.
- Söhbət yüklərin və sərnişinlərin Azərbaycandan-Azərbaycana daşınmasından gedirsə, buna aid beynəlxalq mexanizmlər nədən ibarətdir?
- Son dövrlər Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfindən verilən müəyyən açıqlamalar onların prosesə bir qədər yumşaq yanaşdığını göstərir. Görünür, "Azərbaycandan-Azərbaycana" prinsipi başlıca şərt kimi artıq qəbul edilir. Naxçıvana gedəcək yüklərin və sərnişinlərin heç bir yoxlama olmadan Zəngəzurdan keçirilməsi demək olar ki, Ermənistan tərəfindən qəbul olunur.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Fevral 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri