Paşinyan: Azərbaycanın qərbindən Naxçıvana dəmiryolu Ermənistan ərazisindən keçəcək
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistan Azərbaycanla dəmiryolunun istismar şərtlərini sadələşdirməyə hazırdır”.
Teleqraf Ermənistan mətbutaına istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Pasinyan deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistanın təklifinə münasibəti müsbət olacaq: “Azərbaycanın qərbi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün dəmiryolu Ermənistan ərazisindən keçəcək. Həm də hər iki ölkə beynəlxalq yük daşımaları üçün bir-birinin ərazisindən keçən dəmiryollarından istifadə etmək imkanı əldə edəcək".
Paşinyanın fikrincə, Azərbaycanın bu təklifdən imtina etməsi üçün heç bir əsas yoxdur: "Öz təkliflərimizi təqdim etməliyik, proses gedir. Digər tərəfdən, delimitasiya komissiyaları işləyir. Həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan buna müsbət cavab verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Fevral 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















