Icma.az
close
up
RU
Naxçıvana yol və dünyanı kəsişdirməyən Ermənistan

Naxçıvana yol və dünyanı kəsişdirməyən Ermənistan

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Rəsmi İrəvan köhnə “amplua”sındadır

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib ki, regionda kommunikasiyaların bloklanması kontekstində ölkələrin qanunvericiliyi, yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyü əngəl sayıla bilməz. Hökumət rəhbəri ölkəmizin Naxçıvana yolla bağlı irəli sürdüyü şərtlərdən söz açarkən belə deyib. Elə isə onun daha nələri vurğulamasına da nəzər salaq.

Əvvəlcə onu bildirək ki, Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvana maneəsiz, heç bir gömrük və sərhəd yoxlanışı olmayan yol istəyir. Prezident İlham Əliyev “Azərbaycandan Azərbaycana yol” məntiqini əsas götürür və mövqeyində qətidir. Birincisi, Naxçıvana maneəsiz yol Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapıb. Yeri gəlmişkən, Paşinyan mətbuat konfransında sözügedən bəyanatı imzalamayacağı təqdirdə Ermənistanı hansı acınacaqlı durumun gözlədiyini açıqlayıb və bir növ minnət qoymağı da yaddan çıxarmayıb. Deməli, o, ölkəsinin məğlub dövlət olduğunu rəsmən etiraf edib. Halbuki əvvəllər üçtərəfli Bəyanatın ölkəsinə məğlub kimi yanaşmaq üçün əsas vermədiyini açıqlamış və həyasızlıq etmişdi.

İkincisi, Azərbaycan tarixən özününkü olan ərazidə hərəkət azadlığı istəyir. O ərazidə ki, xalqımızdan ədalətsiz şəkildə alınıb. Axı yüz illik müddət elə də böyük zaman kəsiyi deyil. Hər şey gün kimi aydındır. Odur ki, ölkəmizin Naxçıvana maneəsiz yol tələbi həm də haqlıdır. Bu tələbi hansısa formada fərqli təqdim etməyə, Azərbaycanın rəhbərliyinə qara yaxmağa heç kəsin, o cümlədən Ermənistan rəhbərliyinin ixtiyarı yoxdur.

Bəli, N.Paşinyanın haqqında söz açdığımız fikrində maraqlı detal da vardır. Bəlkə, o, özü də fərqinə varmadan konstruktiv ifadə işlədir. Onun regionda kommunikasiyaların bloklanması kontekstində ölkələrin qanunvericiliyinin, yurisdiksiyasının, suverenliyinin və ərazi bütövlüyünün əngəl sayıla bilməyəcəyinə dair söylədiklərini mövcud prizmadan qiymətləndirmək mümkündür. Əslində, Azərbaycanın dediyi də elə budur ki, Naxçıvana yol Ermənistanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirəcək kazus olmamalıdır. Onsuz da rəsmi Bakı İrəvana qarşı hansısa ərazi iddiası irəli sürmür.

Ancaq Paşinyanın nəzərdə tutduğu tamam başqa məqamdır və bu, baş nazirin növbəti fikirlərindən də görünür. O, faktiki olaraq, bildirir ki, Ermənistan Azərbaycanın digər ərazilərinin sonuncu nöqtəsi ilə Naxçıvan arasındakı 43 kilometrlik hissənin girişini və çıxışını nəzarətdə saxlamalıdır. Təsəvvür edin, qısa məsafəli bölgədə hərəkətə malik böyük nəqliyyat tranziti təxminən bir saat içində iki dəfə gömrük və sərhəd nəzarətindən keçməlidir. Əlbəttə, vaxt itkisi yaranacaq, ləngimələr olacaq.

Digər tərəfdən, vaxt itkisi bir yana, qlobal kommunikasiya habı üzrə hərəkətin Ermənistandan asılı hala düşmə reallığı var. Azərbaycan bununla razılaşa bilməz. Ona görə ölkəmiz İrəvanın razılaşmayacağı təqdirdə, İran üzərindən hərəkət variantını seçir. N.Paşinyan da mətbuat konfransı zamanı məsələyə toxunub. Onun təxminən iki il əvvəl də mövzudan söz açdığı məlumdur. İndi Nikol əvvəlki fikirlərini təkrarlayaraq bildirib ki, Ermənistan Azərbaycanın Naxçıvana yol baxımından İranı seçməsinə etiraz etmir. Belə ifadə tərzi isə yersizdir, çünki hər bir halda Bakı müstəqil seçim imkanına malikdir. Amma Nikolun dildə dediyi başqadır, əməli bir başqa.

Məlumdur ki, ABŞ hələ 2023-cü ilin sonuna yaxın Azərbaycanın Naxçıvana yol baxımından Ermənistanı deyil, İranı seçməsinə kəskin reaksiya bildirmişdi. Hətta hədə də səsləndirmişdi. Təxminən belə: Əgər Naxçıvana yol İrandan keçsə, Bakı Birləşmiş Ştatların təzyiqi ilə üzləşəcək. Bu məntiqi inkişaf etdirmək üçün ABŞ-ın bəzi ermənipərəst konqresmenləri müxtəlif qondarma qanun layihələrini də dövriyyəyə atmışdılar. Sözümüz odur ki, Paşinyana Qərbin erməni təəssübü yaxşı məlumdur və o, sırf bu təəssübün üzərinə oyun oynamaqla məşğuldur.

Qərb çalışır ki, Cənubi Qafqazdakı erməni avantürizmi qorunsun. İndi bu avantürizm Rusiyanın bölgədən tamamilə sıxışdırılmasını hədəf seçir. Eyni zamanda, Azərbaycanın daimi təzyiqdə saxlanılmasını. Hazırda Ermənistan buna görə silahlandırılır. Heç şübhəsiz, rəsmi İrəvan Naxçıvana yol məsələsində öz mövqeyində qalsa, Bakı onsuz da reallığa söykənmiş İran variantını qətiləşdirəcək. Belə bir durumda Ermənistan otuz ilə yaxın müddətdə olduğu kimi, yenə dalanda qalacaq. Yəni Paşinyanın “Biz İranın təklif etdiyi şərtlərlə bu yolu təklif etməyə hazır olduğumuzu deyirik” şəklində açıqlama verməsi mənasızdır. Birincisi, nəzəri baxımdan İran Ermənistan deyil və ya Ermənistan heç vaxt İran ola bilməz. İkincisi, otuz ilə yaxın davam etmiş işğal illərində Azərbaycan Naxçıvanla quru yol əlaqəsini İran üzərindən gerçəkləşdirib və bu baxımdan heç bir problem qeydə alınmayıb. Yəni İran təhlükəsizlik təminatları Ermənistanın təhlükəsizlik təminatlarından qat-qat üstündür, sınaqlardan çıxıb.

N.Paşinyan onu da bildirib ki, ölkəsi Naxçıvana yolun açılmasında, habelə regional kommunikasiyalarda iştirakda maraqlıdır. “Ermənistanın da bu yollardan istifadə etmək istədiyini nəzərə alsaq, biz də müəyyən sadələşdirmələrə hazırıq”, – deyən baş nazirin bu fikrini əvvəllər də dilə gətirdiyi məlumdur. Ancaq, hər ehtimala, söhbət hansı sadələşdirmələrdən gedir, Paşinyan məsələyə aydınlıq gətirmir. Halbuki əsas müzakirə mövzusu budur. Deməli, Nikol söz xətrinə söz deməklə məşğuldur.

Yeri gəlmişkən, ötən il Azərbaycan, Rusiya və Ermənistanın baş nazirləri müavinlərinin birgə işçi qrupunun iclasında Naxçıvana yol məsələsi müzakirə edilmişdi. Hətta ilkin mərhələdə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına almayacaq variant da razılaşdırılmışdı. Lakin sonrakı proseslər onu göstərdi ki, İrəvan məsələyə etiraz edir. Beləliklə, sözügedən işçi qrupunun fəaliyyəti pozulmuşdu.

N.Paşinyan indi də pozuculuqla məşğuldur. O deyib ki, Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı yanlış şərhlərin aradan qaldırılması, onların qarşısının alınması üçün “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilə biləcəyini vurğulayıb. Sən demə, bu layihə Nikolun haqqında söz açdığı sadələşdirmələrlə bağlı komponentləri özündə cəmləşdiribmiş. İndi nə edək? Paşinyanın “Dünyanın kəsişməsi” avantürasında nələrin əksini tapdığına baxaq? Axı məlumdur ki, bu layihə Azərbaycanın Naxçıvana yolla bağlı irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsünə alternativ kimi meydana çıxıb. Məqsəd isə yuxarıda da bildirdiyimiz kimi, erməni amilini diri saxlamaqdır.

Sonda onu da deyək ki, Ermənistanın baş nazirinin mətbuat konfransında Naxçıvana yol və regional kommunikasiyaların açılmasına dair səsləndirdiyi fikirlərə başqa rakurslardan da yanaşmaq mümkündür. Ancaq buna ehtiyac duymuruq. Çünki ortada konkret mənzərə var. Bu mənzərə onu deməyə əsas verir ki, rəsmi İrəvan Bakının irəli sürdüyü tələbi yerinə yetirmək istəmir. Ən pisi isə budur ki, sürətlə silahlanma yolu tutan Ermənistanın regional kommunikasiyaları təhdid mahiyyəti də özünü qabarıq şəkildə göstərir. İndiki durumda bu sərsəm mahiyyətin mövcudluğu təkcə Paşinyan hakimiyyətinin deyil, ümumən Cənubi Qafqaz regionunda pozuculuq niyyətlərinə baş vurmuş xarici dairələrin sifarişidir. Nikol həmişəki kimi, sifarişli davranır. Necə deyərlər, odla oynadığının fərqinə varmır.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1978

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see156

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see150

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see145

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see135

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri