Icma.az
close
up
RU
“Ermənistan real addımlar atmağa tələsmir” Qüdrət Həsənquliyev

“Ermənistan real addımlar atmağa tələsmir” Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, ABŞ-də Respublikaçılar Nyu Yorkda mer seçkilərini, Nyu-Cersi və Virciniyada qubernator seçkilərini uduzdular. Bu nədən xəbər verir və gələn il keçiriləcək aralıq seçkilərində Trampın lideri olduğu Respublikaçılar partiyası Nümayəndələr Palatasında çoxluğu itirə bilərmi?

- Trampın tarif siyasəti, narkotiklərlə və cinəyatkarlığa qarşı mübarizədə Milli Qvardiyadan istifadə etməsi, icbari tibbi sığorta, immiqrasiya siyasəti ABŞ-nin müttəfiqlərilə münasibətlərində, mərkəzi hökumətlə ştatlar arasında müəyyən gərginlik yaratsa da, geniş anlamda onun gözlədiyi effekti vermədi. Trampın impulsiv və dəyişkən xarakteri, müttəfiq ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etməsi seçicilərdə məyusluq yaratdı. Onun Ukraynaya yardım etməkdən yayınması da diqqətdən yayınmadı və heç də hamı tərəfindən birmənalı qarşılanmadı. Əlbəttə, o bir sıra ölkələr arasında münaqişələrin dərinləşməsinin qarşısını alamğı bacardı. Amma ölkə daxilində qütbləşmənin qarşısını alamaq üçün uyğun ritorika seçmədi, zəruri addımlar atmadı. Demokratlarla anlaşıb hökumətin maliyyələşdirilməsini təmin etmədi. Əgər sənin Konqresdə kifayət qədər səsin yoxdursa deməli, rəqiblərlə anlaşmalısan. Bu demokratiyanın əlifbasıdır. Amma aralıq seçkilərə qədər bir il vaxt var. Tramp özünə tənqidi yanaşsa və baş verənlərdən ciddi nəticə çıxarsa, çox şeyi dəyişdirə bilər. O buna qadirdir.
- Demokratlar aralıq seçkiləri udarsa, bu ABŞ-Azərbaycan münasibətlərinə təsir edə bilərmi?

- Mənfi mənada təsir edə bilər. Çünki onlar daha çox ermənipərəstdirlər, həm də bizim Tramp administrasiyası ilə yaxşı münasibətlərimiz var. ABŞ-də isə hər yeni hakimiyyət özünü başqa dövlətin təmsilçisi kimi aparır. Sanki əvvəlki administrasiya zamanı imzalanmış dövlətlərarası sazişlərin onlara aidiyyəti yoxdur. Əksinə, əvvəlki administrasiya ilə münasibətləri yaxşı olan ölkələri sixışdırmağa başlayırlar. Ukrayna nümunəsi göz önündədir. Ona görə hər zaman deyirəm ki, ABŞ ilə nə dost olmalıyıq, nə də düşmən. Əməkdaşlıq edib, müəyyən məsafədə dayanmalıyıq.

- Rusiya Azərbaycan üzərindən Ermənistana taxıl göndərdi, Qazaxıstan da bunu edəcək. Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə isə başlanılmır. Nə etməliyik?

- Azərbaycan Türkiyə, Rusiya və ABŞ ilə ciddi danışıqlar aparmalıdır. Biz həyati əhəmiyyət daşıyan milli maraqlarımızı Ermənistanın daxili siyasətinə bağlamamalıyıq. Ermənistan dəhlizin açılması ilə bağlı təcili qərar qəbul etməsə, Azərbaycan güc tətbiq etməklə dəhlizin keçəcəyi ərazini təmizləməli və sonra ciddi təminat altında 10 noyar 2020-ci il, yaxud 8 avqust 2025-ci razılaşmalarına uyğun olaraq, ya Rusiyanın, ya da ABŞ-nin nəzarətinə verməlidir. Ermənistan özünə sərf edən formada qonşularla kommunikasiyaların açılmasına nail olmağa çalışır, amma Naxçıvana yolun açılması istiqamətində, mənasız gecə-gündüz danışsa da, real addımlar atmağa tələsmir. Vaşinton Bəyannaməsindən sonra yolun tikintisinə tezliklə başlanılacağına ümidlər yaransa da, indi hər keçən gün buna daha çox əmin oluruq ki, onlar Vaşinqton Bəyannaməsindən sonra çox arxayınlaşıblar. Azərbaycan Ermənistanın Naxçıvana yolun təcili tikintisinə başlanılması və yaxın gələcəkdə konstitusiyalarını dəyişəcəkləri öhdəliyi ilə sülh sazişinin imzalanmasını təklif edə bilər. Qələbə günündən 5 il keçsə də Ermənistan bu istiqamətdə hələ də heç bir addım atmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri