Icma.az
close
up
RU
Cərimə, bal, həbs… Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…

Cərimə, bal, həbs… Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında avtomobil idarə edərkən mobil telefondan istifadəyə görə cərimələrin kameralar vasitəsilə qeydə alınması ilə bağlı təklif irəli sürülüb.

Təklifə əsasən, sürücünün hərəkət zamanı telefonu əlində saxlayaraq istifadə etməsinin texniki vasitələrlə aşkarlanması və pozuntuya görə elektron qərarın rəsmiləşdirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində sükan arxasında telefondan istifadəyə qarşı daha sərt qaydalar tətbiq edilir. Bəzi dövlətlərdə sürücülər yüksək məbləğdə cərimə ilə yanaşı, sürücülük vəsiqəsinə cərimə ballarının yazılması, hətta sürücülük hüququnun müvəqqəti dayandırılması ilə də üzləşirlər.

AZXEBER.COM dünyanın müxtəlif ölkələrində sürücülərin sükan arxasında telefondan istifadəyə görə hansı cəzalarla üzləşdiyini və bu pozuntulara qarşı hansı üsulların tətbiq edildiyini araşdırıb.

Avstraliya

Avstraliya sükan arxasında telefondan istifadəyə qarşı mübarizədə texnologiyadan yararlanan ölkələrdəndir. Burada bəzi ştat və ərazilərdə xüsusi kameralar vasitəsilə sürücülərin telefondan istifadəsi aşkarlanır.

Kvinslend ştatında 2026-cı ilin iyulundan qüvvədə olan tariflərə əsasən, qanunsuz telefon istifadəsinə görə cərimə 1 295 Avstraliya dollarıdır (təxminən 1 548 manat). Sürücünün hesabına əlavə olaraq dörd cərimə balı da yazılır.

Böyük Britaniya

Böyük Britaniyada sürücünün avtomobil idarə edərkən mobil telefonu əlində saxlayaraq istifadə etməsi qadağandır. Qadağa təkcə danışıq və mesajlaşmaya deyil, telefon vasitəsilə internetə baxmağa, foto və video çəkməyə, eləcə də digər funksiyalardan istifadəyə şamil olunur.

Qayda svetoforda dayanmış və ya tıxacda gözləyən sürücülərə də aiddir. Yəni avtomobilin müvəqqəti dayanması telefonu əlinə götürməyə avtomatik icazə vermir.

Pozuntuya görə sürücünü 200 funt sterlinq (təxminən 452 manat) cərimə və sürücülük vəsiqəsinə altı cərimə balının yazılması gözləyir. Sürücülük imtahanını son iki il ərzində verən şəxslər altı bal topladıqda vəsiqələrini itirə bilərlər. İş məhkəməyə çıxarıldıqda daha yüksək cərimə və sürücülük hüququndan məhrumetmə də mümkündür.

Sinqapur

Sinqapurda sürücünün hərəkətdə olan avtomobildə mobil rabitə cihazını əlində saxlayaraq onun funksiyalarından istifadə etməsi cinayət məsuliyyətinə səbəb ola bilər.

İlk dəfə belə pozuntu törədən şəxsi 1 000 Sinqapur dollarınadək (təxminən 1 326 manat) cərimə, altı ayadək həbs və ya hər iki cəza gözləyə bilər. Təkrar pozuntu zamanı isə cərimə 2 000 Sinqapur dollarınadək (təxminən 2 652 manat), həbs müddəti isə 12 ayadək yüksələ bilər.

Bundan əlavə, bu pozuntuya görə sürücüyə 12 cərimə balı tətbiq olunur.

Fransa

Fransada sükan arxasında telefonu əlində saxlayaraq istifadə edən sürücülər 135 avro (təxminən 255 manat) cərimə və sürücülük vəsiqəsinə üç cərimə balının yazılması ilə üzləşirlər.

Bununla belə, ölkədə daha sərt tədbirlər də tətbiq edilir. Fransanın bir sıra departamentlərində telefonu əlində saxlayan sürücülərin vəsiqəsinin məhkəmənin yekun qərarını gözləmədən inzibati qaydada dayandırılması mexanizmindən istifadə olunur.

Müvafiq hüquqi əsaslar çərçivəsində sürücülük vəsiqəsinin dayandırılması müddəti altı ayadək çata bilər.

Yaponiya

Yaponiyada avtomobil idarə edərkən telefonu əlində saxlayaraq istifadə etmək qadağandır. Pozuntunun yol hərəkəti üçün təhlükə yaratması halında isə daha ağır cəzalar tətbiq olunur.

Telefonu əlində saxlayaraq istifadə edən adi avtomobil sürücüsü 18 000 yen (təxminən 194 manat) məbləğində cərimə və sürücülük vəsiqəsinə üç cərimə balının yazılması ilə üzləşə bilər. Qanun pozuntusuna görə altı ayadək həbs və ya 100 000 yenədək (təxminən 1 077 manat) cərimə də nəzərdə tutulur.

Əgər telefon istifadəsi yol hərəkəti üçün təhlükə yaradarsa, cəza daha da ağırlaşır. Bu halda bir ilədək həbs və ya 300 000 yenədək (təxminən 3 231 manat) cərimə, eləcə də sürücülük vəsiqəsinə altı cərimə balının yazılması mümkündür.

Niderland

Niderlandda avtomobil idarə edərkən mobil telefonu, planşeti, naviqasiya cihazını və digər elektron vasitələri əlində saxlamaq qadağandır. Qayda yalnız telefonla danışmağa deyil, cihazın əldə saxlanılmasına da şamil edilir.

2026-cı ildə bu pozuntuya görə cərimə 440 avrodur (təxminən 832 manat).

Niderlandda sürücülərin telefondan qanunsuz istifadəsini aşkar etmək üçün xüsusi kameralardan da istifadə olunur. Kamera görüntüləri səlahiyyətli əməkdaşlar tərəfindən yoxlanılır və pozuntu təsdiqləndikdə cərimə tətbiq edilir.

Almaniya

Almaniyada sürücülərin avtomobil idarə edərkən telefonu əlində saxlayaraq istifadə etməsi qadağandır. Qayda yalnız mobil telefonlara deyil, diqqəti yayındıra bilən digər elektron cihazlara da şamil olunur.

Adi pozuntuya görə sürücüyə 100 avro (təxminən 189 manat) cərimə və bir cərimə balı tətbiq edilir.

Əgər telefon istifadəsi yol hərəkəti üçün təhlükə yaradarsa, cərimə 150 avroya (təxminən 284 manat) yüksələ bilər. Bu halda sürücüyə iki cərimə balı yazılır və bir aylıq sürücülük qadağası tətbiq oluna bilər. Pozuntu nəticəsində maddi zərər yaranarsa, cərimə 200 avroya (təxminən 378 manat) çata bilər.

Fəridə Əsədzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri