Icma.az
close
up
RU
Ermənistan “Sülh kəsişməsi” planından əl çəkmir İrəvan kommunikasiya məsələsini yenidən gündəmə gətirdi

Ermənistan “Sülh kəsişməsi” planından əl çəkmir İrəvan kommunikasiya məsələsini yenidən gündəmə gətirdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ermənistan Cənubi Qafqazda nəqliyyat infrastrukturunun açılmasını ölkənin əsas prioritetlərindən biri kimi saxlayır.

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, İrəvanın təşəbbüsü ilə təqdim edilən “Sülh kəsişməsi” adlı regional əlaqələnmə konsepsiyası bir sıra beynəlxalq tərəfdaşlardan müsbət reaksiya alıb: “Ermənistan tərəfindən təklif edilən bu təşəbbüs çərçivəsində müxtəlif tərəflər üçün qəbulolunan sayılacaq bir sıra həll yolları da təqdim olunub. Bu təşəbbüs yalnız Ermənistan - Azərbaycan münasibətlərinə deyil, ümumilikdə regionun nəqliyyat potensialına aiddir.”

Badalyan əlavə edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən kommunikasiya xətlərinin açılması mövzusunda beynəlxalq tərəfdaşlar da öz ideyalarını təqdim edirlər: “Hazırda bütün maraqlı tərəflərlə müzakirələr davam edir. Məqsəd – regionun tranzit potensialını reallaşdırmağa yönəlmiş məhsuldar nəticələrə nail olmaqdır.”

Xatırladaq ki, Ermənistanın “Sülh kəsişməsi” adlandırdığı bu plan daha əvvəl də Azərbaycan və Türkiyə tərəfindən tənqidlə qarşılanıb. Rəsmi Bakı bu təşəbbüsün “Zəngəzur dəhlizi” məsələsindən yayınmaq və məsuliyyəti beynəlxalq tərəflərə yönəltmək cəhdi olduğunu bildirib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see152

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see143

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see141

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see133

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see130

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see124

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see120

Yurdumuzun geotermal enerji potensialı

04 Oktyabr 2025 10:08see120

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri