“Ermənistan təkliflərimizə vaxtında cavab verməyib” Hikmət Hacıyev Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
"Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar”.
AZXEBER.COM xəbər verir ki, bunu TASS-a Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP-29-dur. Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”, - o bəyan edib.
H.Hacıyevin sözlərinə görə, sənədin mətnində müəyyən suallar var.
"Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab verməyib və bu kontekstdə prosesdə yubanmalar var. Bu çərçivədə, şübhəsiz ki, dekabr ayından etibarən yeni bir proses olacaq”, - deyə Azərbaycan prezidentinin köməkçisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 13 Noyabr 2024 03:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















