Icma.az
close
up
RU
Hikmət Hacıyev Jozep Borrellə cavab verdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Hikmət Hacıyev Jozep Borrellə cavab verdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatlarına cavab olaraq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İnkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları iqlim dəyişikliyindən ən çox əziyyət çəkirlər. Lakin özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir. Aİ-yə üzvlük neo/müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsini var", - paylaşımda qeyd edilib.

Onun sözlərinə görə, Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Lakin EEAS-ın Avropa İttifaqına üzv ölkələrə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi tamamilə qəbuledilməzdir.

"Eyni qaydada bəzi Aİ ölkələri diplomatik kanallarından istifadə edərək digər ölkələri COP29-da iştirakdan çəkindirməyə çalışıb. Bunu etməklə siz COP prosesini pozmağa çalışırdınız. Lakin bütün bu cəhdlər uğursuz oldu. COP-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. 70000-dən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istəyirəm ki, COP prosesi BMT-yə və dünyaya məxsusdur", - H.Hacıyev yazıb.

"Bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün əlindən gələni etməyə və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq məqsədilə tərəflərlə konstruktiv şəkildə işləməyə davam edəcək", - paylaşımda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 Noyabr 2024 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri