Icma.az
close
up
RU
Ermənistan tərəfindən törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı hansı addımlar atılır? ARAŞDIRMA

Ermənistan tərəfindən törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı hansı addımlar atılır? ARAŞDIRMA

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan tərəfindən törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı hansı addımlar atılır? - ARAŞDIRMA

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixindən başlayan müharibə 44 günlük "Vətən Müharibəsi"ndə böyük qələbə qazandı. Bəs, tarixi qalibiyyətdən sonra Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı hansı addımlar atıldı?

Mövzu ilə bağlı Sonxeber.az-a deputat Ceyhun Məmmədov danışıb.

O, açıqlamasında qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərinə dair addımlar atılmadığı üçün belə hadisələr davamlı olaraq törədilib:

"Bütün bu proseslər dünyanın gözü önündə baş verib. Burada digər bir məsələ isə Ermənistanın etniq təmizləmə siyasətinə, Azərbaycana qarşı törətdiyi cinayətlərə baxmayaraq, onlara qarşı heç bir addım atılmır. Hətta, bəzən Azərbaycanı günahlandırmağa çalışırlar. Biz bunun dəfələrlə şahidi olmuşuq. Sözügedən hadisələrə heç bir reaksiyanın verilməməsi ona gətirib çıxardır ki, Ermənistan bu vəhşilikləri davamlı olaraq törədir. Bu isə sadə bir məsələ deyil, çünki, dəfələrlə təkrarlanır. Ermənistan çalışmalıdır ki, bu cür addımlara son qoysun və Azərbaycan xalqı ilə sülh şəraitində yaşamaq üçün addımlar atsın. Burada başqa faktorlar da var, amma, biz hesab edirik ki, əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Onlar tarixdə baş verənlərdən nəticə çıxartmalıdır. Bir neçə gün bundan öncə də Ermənistanın l Prezidenti Levon Ter-Petrosyanın verdiyi açıqlamalar da bir daha ermənilərin törətdiyi cinayətlərdən xəbər verdi. Ona görə də bir sıra qərb dövlətləri əgər, qətlimlarla bağlı günahkar axtarırlarsa belə ölkələr sırada ilk Ermənistan gəlir".

Azərbaycan Milli Məclisinin VII çağırış deputatı Pərvanə Vəliyeva isə mövzu ilə bağlı qeyd edib ki, ermənilər işğal edilmiş ərazilərdə azırbaycanlıların izini silmək üçün hər cür addım atıblar:

"Ermənistanı təhrik edən xarici dairələrin bu ölkəni silahlandırması regionda gərginliyi artırır və mümkün sülhün təmin edilməsinə mane olur. Cənab Prezident 31 dekabr 2024-cü il tarixində Yeni il münasibətilə Azərbaycan xalqına öz müraciətində Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi ki, bu təhlükəli yoldan geri çəkilsin və Cənubi Qafqazı sülh, əmin-amanlıq və əməkdaşlıq bölgəsinə çevirmək üçün çalışsın. Əgər Ermənistanın silahlandırılması dayandırılmasa, Azərbaycan bu məsələdə tamaşaçı olmayacaq və hər cür təhlükəyə cavab vermək iqtidarındadır. Ermənistanın sülh və sabitliyə zidd addımları davam etdirəcəyi təqdirdə, Azərbaycanın mövqeyi daha da sərtləşəcəkdir.
1987-ci ildən başlayaraq, Ermənistandakı azərbaycanlı əhali kütləvi şəkildə zorakılığa məruz qaldı və öz evlərini tərk etməyə məcbur edildi. Ermənistan monoetnik dövlətə çevrildi və azərbaycanlı əhali faktiki olaraq bu ərazilərdən tamamilə çıxarıldı. İşğal edilmiş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələr, qəbiristanlıqlar, məscidlər və muzeylər dağıdılmış və ya təhqir edilmişdi. Ermənilər işğal olunmuş ərazilərdə azərbaycanlıların izlərini silmək üçün mədəniyyət abidələrini özününküləşdirməyə, tarixi saxtalaşdırmağa və ya irsi məhv etməyə çalışıblar.
Bu proseslərdə yüzlərlə azərbaycanlı öldürüldü, yüz minlərlə insan, o cümlədən 300 mindən çox Qərbi azərbaycanlı ağır şərtlərdə köçkün vəziyyətinə düşdü, 4 minə yaxın insan itkin düşüb və hələ onlar barəsində heç bir məlumat yoxdur. Müharibə zamanı şəhid olmuş, itkin düşmüş hərbçiləri kütləvi şəkildə basdırdıqları məzarlıqların yerləri isə hələ də müəmmadır. Ən azı 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlardan tapılan sümüklərin kimə aid olduğunu tapmaq üçün ailələrin yaşadığı travma, hüzn – bütün bunların kompensasiyası ödənilməlidir".

Deputat onu da qeyd etdi ki, Azərbaycan sözügedən cinayyətləri dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb:

"Bu günlərdə ortaya çıxan 1993-cü ilə aid video kadrlarında Levon Ter-Petrosyanın fəxrlə anlatdığı etnik təmizləmə insanlıq əleyhinə cinayətdir.
BMT-nin 1998-ci il tarixli Roma Statutuna (Beynəlxalq Cinayət Məhkəməsinin əsas sənədi) görə, "insan əleyhinə cinayətlər" əhalinin müəyyən bir hissəsinə qarşı genişmiqyaslı və ya sistematik şəkildə törədilən hərəkətləri əhatə edir. Etnik təmizləmə bu kontekstdə, xüsusilə qətllər, deportasiyalar və digər qeyri-insani əməllərlə insan əleyhinə cinayətlərə daxildir. Etnik təmizləmə müəyyən hallarda soyqırımı cinayətləri kimi də təsnif edilə bilər.
BMT-nin 1948-ci il Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına əsasən, müəyyən bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən hərəkətlər soyqırımı hesab edilir. Silahlı münaqişələr zamanı etnik təmizləmə əhalinin qanunsuz məcburi köçürülməsi, mülki əhalinin hədəf alınması və digər hərəkətlərlə müharibə cinayətlərinə də aid edilə bilər.
Ermənistandan azərbaycanlıların qovulması Levon Ter-Petrosyanın adı ilə birbaşa bağlıdır. Onun rəhbərliyi dövründə həyata keçirilən siyasətlər və hərəkətlər beynəlxalq hüquqa ziddir. Azərbaycan dəfələrlə bu cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmasını tələb edib. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu cinayətləri araşdırmalı və məsuliyyət daşıyan şəxsləri mühakimə etməlidir. Çünki etnik təmizləmə aktları təkcə hüquqi cəhətdən deyil, həm də mənəvi baxımdan insanlığa qarşı ən ağır cinayətlərdən biridir.
Ermənistan öz işğalçılıq siyasətinin uğursuzluğunu qəbul etməlidir. Bu bədxah qonşu ölkə anlamalıdır ki, regionda hərbi və ya başqa bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil.
Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm zəfəri ilə regionda yeni reallıq yaratdı. 2020-ci ildə Ermənistanın işğalında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirərək ölkənin hərbi, siyasi və iqtisadi gücünü artırmışdır. 2023-cü ildə 23 saatlıq anti-terror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi, müzəffər Ali Baş Komandan tarixi qələbə qazanaraq Qarabağın və ətraf ərazilərin azad edilməsi ilə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusuna uyğun olaraq dərc edilir"



Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 06 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see125

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see120

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see117

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see117

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see117

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see115

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see115

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see114

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see114

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see114

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri