Icma.az
close
up
RU
Ermənistan üzrə qrupa etiraz məktubu ünvanlandı

Ermənistan üzrə qrupa etiraz məktubu ünvanlandı

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb.

Bu barədə "Ölkə.az"a Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupundan bildirilib.

Məktubda deyilir:

"Birləşmiş Krallıq hökumətinə bu yaxınlarda etdiyiniz müraciətlə əlaqədar biz Ermənistanın 30 illik işğalı dövründə törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr və hərbi təcavüz üçün məsuliyyət daşıyan şəxslərin mühakiməsi prosesini nüfuzdan salmağa yönələn əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu insanların “hərbi əsir” adlandırılması və azadlığa buraxılmasına çağırışlar edilməsi onların törətdiyi və əsaslı sübutlarla təsdiqlənən cinayətlərinə göz yumulması deməkdir.

İşğal zamanı Ermənistan bir milyona yaxın azərbaycanlını zorla yurd-yuvasından didərgin salmış, Xocalı soyqırımı, urbusid, kulturosid və ekosid aktları törətmişdir. Azərbaycan şəhərləri və kəndləri yerlə yeksan edilmiş, onun mədəni və dini mirası dağıdılmış, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Bundan əlavə, Ermənistan işğal olunmuş ərazilərdə minalar basdıraraq Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirmişdir. Bu minalar mülki insanları öldürməyə və yaralamağa davam edir, köçkünlərin geri dönməsini və bərpa səylərini ləngidir".

Məktubda göstərilir ki, bütün bu hadisələrin daha bir dəhşətli nəticəsi isə itkin düşmüş 4 minə yaxın azərbaycanlının, o cümlədən qadınların və uşaqların aqibətidir:

"Ermənistan kütləvi məzarlıqlar barədə məlumat verməkdən imtina edir, halbuki bu cür məlumat onların yerini müəyyənləşdirməyə kömək edə bilərdi. Bununla yanaşı, erməni liderləri uzun müddətdir ki, azərbaycanlılara qarşı etnik nifrəti qızışdırırlar. Ermənistanın sabiq prezidentləri azərbaycanlıların qovulmasını və Xocalı soyqırımını dəstəkləyən bəyanatlar verərək etnik təmizləməyə açıq-aşkar haqq qazandırmışlar. Bütün bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kəs məsuliyyətə cəlb edilməmişdir, hərbi cinayətkarlar isə hələ də hörmət sahibidirlər.

Əksinə, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra ədalət mühakiməsini təmin edir. 200-dən çox erməni Azərbaycan tərəfindən humanitar akt qaydasında azad edilsə də, müharibə cinayətlərində təqsiri olanlar hazırda Bakıda məhkəmə qarşısına çıxarılırlar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, onlar hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlərdə ittiham edilirlər. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və amansız rəftarla bağlı heç bir şikayət daxil olmamışdır.

Bu prosesin tənqid edilməsi haqq-ədalətə etinasızlıq göstərilməsi, etnik təmizləmənin və təcavüzün dolayısı ilə dəstəklənməsi deməkdir. Həqiqi sülh yalnız cavabdehlik yolu ilə əldə edilə bilər – haqq-ədalət olmadan möhkəm sülh mümkün deyildir".

Bildirilir ki, davam edən məhkəmə prosesi Ermənistan tərəfindən törədilmiş hərbi təcavüzə və işğala, eləcə də onun siyasi və hərbi xadimlərinin daşıdığı məsuliyyətə işıq salır. Bu proseslə bağlı narahatlıq mühakimənin gedişini pozmaq və məhkəmənin işinə müdaxilə etmək cəhdlərinə səbəb olmuşdur. Lakin bu cür səylərə qoşulmaq əvəzinə, hüquqi prosesə kömək göstərilməsi ədalət mühakiməsinə və bölgədə möhkəm sabitlik yaradılmasına töhfə verə bilərdi. Sülhə həqiqi sadiqlik məsuliyyətin tanınmasında və müharibə cinayətlərində əli olanların cavabdehliyinin təmin olunmasında əksini tapa bilər.

Bu cür məhkəmə yanaşması beynəlxalq birlik üçün gələcək münaqişələrin və beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında önəmli nümunədir. Cinayətlərə göz yumulması ədalətin bərqərar edilməsinə mane ola bilməz. Həqiqi və ədalətli məsuliyyət boş ritorika deyil, anlayışlı hərəkətlər tələb edir.

Məktubda vurğulanır ki, Birləşmiş Krallıq Parlamentinin bəzi üzvlərinin bu mövqeyi hazırda iki ölkə arasında cərəyan edən sülh prosesinə mənfi təsir göstərir:

"Biz Ermənistanla Azərbaycan arasında keçmiş münaqişə barəsində Birləşmiş Krallıq hökumətinin tarazlı mövqeyini qiymətləndiririk. Beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq, Birləşmiş Krallıq həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bununla belə, Birləşmiş Krallıq Parlamentinin bəzi üzvləri tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adlandırılması təkcə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deyildir, həm də Birləşmiş Krallıq hökumətinin keçmiş münaqişəyə dair rəsmi mövqeyinə ziddir və beynəlxalq hüququn kobudcasına pozulmasıdır.

Azərbaycan 30 illik ağrılı-acılı münaqişə səhifəsini çevirməyə və normallaşma istiqamətində irəliləyiş əldə etməyə çalışarkən, bu prosesi dəstəkləmək və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni, nəhayət, imzalansın deyə Ermənistanı mümkün qədər tez bir zamanda son mühüm addımları atmağa sövq etmək çox vacibdir. Bu, regionumuzda sülhə və firavanlığa nail olmağın yeganə yoludur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Aprel 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see238

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see173

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see135

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see122

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see121

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see121

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see119

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see118

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see117

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see117

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see116

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see116

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see116

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

Rubio etiraf edir...

21 May 2025 19:47see114

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see114

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri