Icma.az
close
up
RU
Ermənistan və Azərbaycanın 2026 cı il büdcəsinin fərqi İrəvan bizi necə üstələyir?

Ermənistan və Azərbaycanın 2026 cı il büdcəsinin fərqi İrəvan bizi necə üstələyir?

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ermənistan hökuməti 2026-cı dövlət büdcəsinin layihəsini təqdim edib. Layihəyə əsasən, Ermənistanın 2026-cı il üçün büdcəsinin xərcləri 9,82 milyard, gəliri 8,43 milyard, büdcə kəsiri 1,4 milyard dollar olacaq.

Bakupost.az xəbər verir ki, bu, cari ilin büdcə xərcləri ilə müqayisədə əhəmiyyətli şəkildə artımdan xəbər verir.

Belə ki, Ermənistanın 2025-ci il üçün büdcə xərci 7,8 milyard, gəliri 7,4 milyard dollardır.

2025-ci illə 2026-cı ilin büdcələrinin müqayisəsindən belə anlaşılır ki, Ermənistanın dövlət büdcəsi bu il 2 milyard dollardan çox böyüyüb. Həmçinin bu böyümədə büdcənin gəlirlərinin də payı əhəmiyyətli dərəcədədir. Ermənistan büdcəsinin 2026-cı il gəlirləri builkinə nisbətən 1 milyard dollar çox olacaq.

Ermənistan büdcəsinin artımı 2 milyarddırsa, bu artımın yalnız bir milyardı kəsirdə qalacaq, digər bir milyard gəlirlə ödəniləcək.

Azərbaycan hökumətinin təqdim etdiyi 2026-cı il büdcəsi isə 41,5 milyard manatdır (24,4 milyard dollar). Büdcənin 2026 üçün gəliri 38.4 milyard manat (22.5 milyard dollar), kəsir 3,1 milyard manatdır (təxminən 1,8 milyard manat).

Azərbaycanın 2025-ci il büdcə xərci 41 milyard 407 milyon manatdır, gəlir 38 milyard 356 milyon manat.

Yəni Azərbaycan dövlət büdcəsinin gələnilki gəlir artımı 44 milyon manat (25,8 milyon dollar), xərc artımı isə 92 milyon manatdır (54 milyon dollar).

Aydın olur ki, Ermənistanın dövlət büdcəsi xərc hissədə 2 milyard böyüyür, Azərbaycanının büdcəsi isə 54 milyon dollar!

Ermənistan büdcəsinin gəliri bir ildə 1 milyard dollardan çox artır, Azərbaycan büdcəsinin gəliri isə 25 milyon dollar.

Azərbaycanın dövlət büdcəsi böyük ölçüdə neft gəlirlərindən asılıdır – bura birbaşa gəlirlər, neft-qazla bağlı şirkətlərin gəlir vergiləri, həmçinin Neft Fondundan transferlər daxildir.

2025-ci ildə Neft Fondundan büdcəyə transfer 2024-cü ilə nisbətən tam bir milyard dollar artaraq, 8,5 milyard dollar oldu. 24,4 milyardlıq büdcədən Neft Fondundan transferi (8,5 milyard) çıxdıqda, 15,9 milyard vəsait edir: burdan SOCAR da daxil olmaqla, digər neft-qaz şirkətlərinin büdcə ödənişlərini də çıxsaq, rəqəm daha da kiçilər.

2026-cı ildə Neft Fondundan büdcəyə transferin nə qədər artırılacağı hələ açıqlanmayıb, həmçinin neftin qiyməti də büdcədə 65 dollar olaraq nəzərdə tutulub. Bu isə olduqca optimist rəqəm kimi qəbul edilir. Çünki ABŞ-ın neft qiymətlərini aşağı salan siyasət yeritməsi birjalarda qiymətlərə bu il əhəmiyyətli dərəcədə təsir edib. Əgər neft 65 dollardan aşağı olarsa, Azərbaycan büdcəsində daha böyük kəsir yarana bilər.

Nəzərə alSaq ki, Azərbaycan ərazi baxımından Ermənistandan 3 dəfə, əhali baxımından isə ən azı 3,5 dəfə böyükdür, üstəlik, qonşu dövlətin heç bir təbii sərvəti yoxdur, onda illik büdcə artımında Ermənistanın Azərbaycanla müqayisədə kəskin böyüməsi həyəcanvericidir.

Azər,
BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri