Ermənistan XİN baş nazirin sözlərini təkzib etdi: Hərbçilər oradan çıxmır
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda İctimai Televiziyasına müsahibəsində ordunun ölkənin beynəlxalq səviyyədə tanınmış hüdudlarından başqa ərazilərdə heç bir işinin olmadığını və problem həll etməyəcəyini söyləyib.
Globalinfo.az xəbər verir ki, baş nazirin açıqlaması Kosovadakı Ermənistan sülhməramlılarının oradan çıxarılacağı kimi anlaşılıb.
Ermənistanın Xarici İşlər Nazirliyi isə məsələyə münasibət bildirərək yayılan məlumatları təkzib edib:
“Erməni sülhməramlılarını Kosovdan çıxarmaq niyyətimiz yoxdur. Sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi kontekstində Ermənistan Respublikasının beynəlxalq sülhməramlı missiyalarda iştirakı vacibdir”.
Qeyd edək ki, Nikol Paşinyan müsahibədən sonra parlamentdə çıxışı zamanı da eyni fikri təkrarlayıb.
Ayşən Mustafa
Globalinfo.az
Baxış sayı:130
Bu xəbər 29 Aprel 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















