Icma.az
close
up
RU
Ermənistanda “əsrin məhkəməsi” başlayır Qaregini hansı cəza gözləyir?

Ermənistanda “əsrin məhkəməsi” başlayır Qaregini hansı cəza gözləyir?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Ermənistanın Baş Prokurorluğu Katolikos II Qaregin və daha altı yüksək rütbəli din xadimi barəsində cinayət işini məhkəməyə göndərib.

Turkustan.az erməni KİV-lərinə istinadla xəbər verir ki, prosesin nəticəsi Ermənistan-Apostol Kilsəsi ilə hakimiyyət arasındakı qarşıdurmanın gələcək istiqamətini müəyyənləşdirə bilər.

İş üzrə təqsirləndirilən şəxslər arasında II Qareginlə yanaşı, arxiyepiskop Natan Ovanesyan, arxiyepiskoplar Ayqazun Najaryan və Vaan Ovanesyan, yepiskoplar Makar Akopyan, Müşeq Babayan və Ovnан Akopyan yer alır.

Cinayət işinin əsasını Masiasotn yeparxiyasının keçmiş rəhbəri Arman Saroyanın kilsə daxilində statusu ilə bağlı yaranmış mübahisə təşkil edir.

Kilsənin qərarına əsasən, Saroyan əvvəlcə yeparxiyanın rəhbərliyindən uzaqlaşdırılıb, daha sonra isə ruhani rütbəsindən məhrum edilib. İstintaq isə bu addımları məhkəmənin təminat tədbirinin icrasına mane olmaq kimi qiymətləndirir. Məhz bu yanaşma II Qaregin və digər yüksək rütbəli din xadimləri barəsində cinayət təqibinin əsasını təşkil edib.

Müdafiə tərəfi isə ittihamlarla razılaşmır. Vəkillərin mövqeyinə görə, dövlət orqanlarının kilsənin daxili kanonik məsələlərinə müdaxilə etmək, o cümlədən Katolikosa dini şəxslərin statusu ilə bağlı göstəriş vermək səlahiyyəti yoxdur.

Prosesin əsas nəticəsi yalnız II Qareginin hüquqi taleyi ilə məhdudlaşmaya bilər. Məhkəmənin qərarı Ermənistan hakimiyyəti ilə EAK arasında uzun müddətdir davam edən qarşıdurmanın gələcək xarakterinə də təsir göstərə bilər. Əgər məhkəmə ittihamları təsdiqləsə, bu, Ermənistan tarixində dövlətin kilsənin yüksək rəhbərliyinə qarşı cinayət-hüquqi mexanizmlərdən istifadə etdiyi ən ciddi presedentlərdən biri olacaq. O da bildirilir ki, I Qaregin və digər din xadimlərinin bəraət alması müdafiə tərəfinin arqumentlərini gücləndirə və cinayət işinin kilsənin daxili məsələlərinə müdaxilə kimi qiymətləndirilməsinə səbəb ola bilər.

Müdafiə tərəfi artıq bir sıra din xadimləri barəsində cinayət təqibinin dayandırılması ilə bağlı məhkəmə qərarlarının olduğunu bildirir. Vəkillər bu qərarların iş üzrə digər təqsirləndirilən şəxslərə də tətbiq edilməli olduğunu hesab edirlər.

II Qareginə qarşı cinayət işi Ermənistan Baş naziri Nikol Paşinyanla EAK arasında son aylarda dərinləşən qarşıdurma fonunda baş verir. Paşinyan hakimiyyəti kilsənin idarəetmə modelində dəyişikliklərin aparılmasının vacibliyini irəli sürür. EAK rəhbərliyi isə bu yanaşmanı kilsənin daxili işlərinə siyasi müdaxilə kimi qiymətləndirir. Məhkəmə prosesinin necə nəticələnəcəyi bu qarşıdurmanın növbəti mərhələsini müəyyən edə bilər.

Hazırda prosesin ilk açıq məhkəmə iclasının tarixi açıqlanmayıb. Müdafiə tərəfi II Qareginin məhkəmədə şəxsən iştirak etməmək hüququnun olduğunu da bildirir. Beləliklə, qarşıdakı məhkəmə yalnız bir cinayət işinə hüquqi qiymət verməyəcək. Proses həm də Ermənistan dövlətinin kilsənin daxili qərarlarına müdaxilə sərhədlərinin harada bitdiyini və EAK-ın ölkənin siyasi sistemində bundan sonra hansı mövqedə dayanacağını müəyyənləşdirə bilər./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 İyul 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri