Ermənistanda etirazlar başladı: Revanşistlər Mirzoyanın ofisinə “hücum çəkdilər” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası başlayıb.
KONKRET.az xəbər verir ki, Ararat Mirzoyanın və hökumətin ifadə etdiyi fikirlərin əleyhinə keçirilən aksiyada daha çox revanşist meyillilər iştirak ediblər.
Onlar “Qarabağ” məsələsinin bağlanmadığını vurğulayaraq hökumətin bununla bağlı siyasətinə etirazlarını bildiriblər.
“Ermənistan hakimiyyətinin mövqeyi aydındır, lakin biz fikirlərimizə hörmət olunmasını tələb etməliyik. Hakimiyyət anlayışı müvəqqətidir, burada yaşayan bizik. Ararat Mirzoyan və hökumət birtərəfli qərarlar verir, biz isə buna qarşıyıq. Bir zaman fərqli qərarlar verən liderlər gələcək. Bu məsələni gündəmə gətirmək üçün çalışmalıyıq”, – etirazçılar qeyd ediblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Aprel 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















