Icma.az
close
up
RU
Ermənistanda gərginlik yenidən PİK HƏDDƏ Paşinyan kilsə qarşıdurması daha da ALOVLANDI

Ermənistanda gərginlik yenidən PİK HƏDDƏ Paşinyan kilsə qarşıdurması daha da ALOVLANDI

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi gərginlik də artır. Revanşist qüvvələr hər fürsətdən istifadə edərək, aktivləşməyə çalışır. Eyni zamanda, kilsə Paşinyan qarşıdurması da davam edir. Dünən Araqatsotn yeparxiyasının yepiskopu Mkrtıç Proşyan iki aylıq müddətinə həbs olunub.
Yepiskop seçki hüquqlarının həyata keçirilməsinə mane olmaqda (Ermənistan Cinayət Məcəlləsinin 149-cu maddəsi) və ictimai toplantılarda iştiraka məcbur etməkdə (Cinayət Məcəlləsinin 236-cı maddəsi) ittiham edilib. Keşiş Qaregin Arsenyan da yepiskopla birlikdə bir ay müddətinə həbs edilib.
Baş verənlər fonunda görəsən, seçkiöncəsi Paşinyanın reytinqi hansı səviyyədədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Ermənistanda son günlər kilsə daxilində baş verən həbslər və revanşist dairələrin fəallaşması ölkədə siyasi xaosun yeni mərhələsinin göstəricisidir:
“Bu proses təkcə din pərdəsi altında gizlənən siyasi oyundur. Revanşistlər cəmiyyətin hisslərini manipulyasiya edərək hakimiyyətə qayıtmaq planı qururlar. Halbuki bu qruplar 30 il ərzində ölkəni korrupsiya, təcrid və işğal siyasəti ilə bataqlığa salmışdılar. İndi isə özlərini “xilaskar” kimi göstərməyə çalışırlar”.
Cəmiyyətin əksəriyyəti Paşinyanı dəstəkləməkdə davam edir.   
Həmsöhbətimiz deyir ki, Paşinyanın bu qüvvələrlə mübarizəsi çətin olsa da, o, cəmiyyətin əksəriyyətindən dəstək almaqda davam edir:
“Çünki xalq çox yaxşı anlayır – revanşistlər qayıdarsa, Ermənistan yenidən fəlakətə sürüklənəcək. Kilsə daxilindəki həbslər isə dövlətin dini simvollar arxasında gizlənən siyasi təxribatlara qarşı cavab addımıdır. Bu, hüquqi yox, təhlükəsizlik məsələsidir. Revanşistlərin məqsədi daxildə xaos yaradıb Paşinyanın islahat xəttini pozmaqdır. Onlar hələ də 2020-ci ilin məğlubiyyətini qəbul etməyib. Amma indi nə Moskva, nə də Qərb bu cür radikal ritorikanı dəstəkləyir. Ermənistanın gələcəyi müharibə deyil, sabitlik və inteqrasiyadadır”.
Politoloq qeyd edir ki, Paşinyanın reytinqi müəyyən enmələrə baxmayaraq, yenə də 40 faiz civarındadır:
“Bu isə regiondakı gərgin mühitdə ciddi göstəricidir. O, hazırda həm siyasi, həm də ideoloji baxımdan revanşistlərə qarşı “dövlət” mövqeyini təmsil edir. Cəmiyyətin modern təbəqəsi və gənclik artıq dini populizmə inanmır.
Ermənistan indi seçim qarşısındadır: ya keçmişin revanşizmi, ya da gələcəyin rasional siyasəti. Paşinyan üçün bu mübarizə sadəcə seçki kampaniyası deyil, dövlətçiliyin qorunması savaşına çevrilib”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri