Icma.az
close
up
RU
Ermənistanda panika: azərbaycanlılar qayıdır, qoşunlar çəkilir

Ermənistanda panika: azərbaycanlılar qayıdır, qoşunlar çəkilir

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Basarkeçərin qubernatoru birgəyaşayışın anonsunu verdi; ermənilər düşmənçilik səhifəsini çevirməyə hazırdırmı...
Ermənistanın Qeqarkunik əyalətinin (Basarkeçər) qubernatoru Karen Sarkisyan maraqlı açıqlama verib. Tribunainfo.az xəbər verir ki, o, azərbaycanlılarla birlikdə yaşamağa hazır olduqlarını bildirib. Sarkisyan deyib ki, yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi baş verəcək. O düşünür ki, bu razılaşmadan sonra ərazidəki Azərbaycan qoşunu geri çəkiləcək.
Qubernator onu da bildirib ki, sərhədlərin demarkasiyasından sonra azərbaycanlılar geri qayıdacaq. “Biz onlarla birlikdə dinc həyat yaşamağa qarşı deyilik. Şübhəsiz ki, azərbaycanlılar gələrsə, onlarla birgə yaşamağa hazırıq”.
Bir müddət əvvəl spiker Alen Simonyan demişdi ki, vaxt gələcək, azərbaycanlılarla ermənilər ticarətlə məşğul olacaq, gediş-gəliş olacaq. Sitat: “Vaxt gələcək, ermənilər Azərbaycana, azərbaycanlılar isə Ermənistana yaşamağa gedəcəklər, bir-biri ilə alver edəcəklər. Biz buna gedirik. Sülh elə budur”.
Basarkeçər qubernatorunun sözlərini anons kimi qəbul etmək olarmı? Yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi başlayarsa, sonrakı mərhələdə gediş-gəliş mümkündürmü? Doğrudanmı ermənilər özlərinin səbəb olduğu düşmənçilik səhifəsini çevirməyə hazırdır? Bu da faktdır ki, erməni cəmiyyətində türkofobiya hələ də güclü olaraq qalır...
Siyasi ekspert Ramiyə Məmmədovanın bildirdiyinə görə, birgəyaşayış hələlik real görünmür. Onun sözlərinə görə, azərbaycanlılarla ermənilərin birgə yaşadığı başqa coğrafiyalar, şəhərlər var: “Biz Gürcüstanın bəzi kəndlərini qeyd edə bilərik, həmçinin Rusiyada, Avropada və bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər bir ərazidə yaşayırlar. Amma münasibətlər, təmaslar olduqca məsafəlidir. Burada siyasi səbəblərdən daha çox mənəvi, psixoloji, toplumların qarşılıqlı nifrəti problemləri mövcuddur. Gəlin razılaşaq ki, ermənilər azərbaycanlılara, bütövlükdə türk etnosuna nifrət edir, düşmən kimi baxır. Əgər onların gücü çatsaydı, yenə əsrlər boyu başımıza gətirdikləri müsibətləri yaşadar, qətliamlar törədərdi. Bu baxımdan Ermənistanda türkofobiya qalır. Son dövrlər nifrət daha da körüklənir”.
Siyasi təhlilçinin fikrincə, 44 günlük müharibədən sonra Ermənistanda revanşistlər təbliğatı gücləndirib: “Onlar qisasdan danışırlar, "artsax" deyirlər, Qarabağa nə zamansa qayıtmaqdan dəm vururlar. Belə bir toplumla birgə yaşamaq olduqca çətindir. Üstəlik, yaralar sağalmayıb. Hər iki tərəfin müharibədə həlak olanları var. İndi biz azərbaycanlı və erməni analarına birgə yaşamağı təklif etsək, təbii ki, etirazla qarşılanacaq. Ona görə də siyasi amillərdən daha dərin məsələlər var. Çünki Azərbaycanla Ermənistan sülh sənədi imzalaya bilər, amma xalqların barışması bir kağızla, sənədlə olmur. Bunun üçün illər lazımdır. Yəni yaralar qaysaq bağlamalıdır, bölgədə dayanıqlı sülh, təhlükəszilik təmin edilməlidir, hər iki tərəfin ziyalıları görüşməlidirlər, təmaslar artmalıdır, gediş-gəliş olmalıdır, etimad mühiti formalaşmalıdır. Bu da çox mürəkkəb mövzulardır. O baxımdan erməni qubernatorun verdiyi anonsu hələlik daxili auditoriyaya hesablanmış sözlər kimi qəbul etmək lazımdır. Ancaq sərhədlərin dəqiqləşməsi istiqamətində addımların atılması mümkündür. Əgər Basarkeçərin nümayəndəsi bu açıqlamanı veribsə, görünür, hansısa məlumatlara malikdir. Əlbəttə, Azərbaycan da sərhədlərin delimitasiyasının sürətlənməsində maraqlıdır".
Ekspert hesab edir ki, azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı əsas hədəflərdən biridir: “Erməni cəmiyyətində bununla bağlı təbliğat aparılmalı, ictimai rəy hazırlanmalıdır. Bu da Paşinyan hakimiyyətinin üzərinə düşən missiyadır. Artıq Qərbi Zəngəzurda bu söhbətlər çox danışılır. Erməni camaatına deyirlər ki, azərbaycanlılar qayıdacaqlar. Bu da ciddi təşvişə səbəb olur. Ermənilər fikirləşirlər ki, Şərqi Zəngəzurdan sonra Qərbi Zəngəzur da Azərbaycanın nəzarətinə keçəcək. Bu da bizim haqqımızdır. Rəsmi şəxslər deməyə bilər, lakin biz dədə-baba torpaqlarımıza, ermənilərə peşkəş edilmiş tarixi ərazilərimizə iddialarımızı dilə gətirməliyik. Xalqımız 44 günlük Vətən müharibəsində tarixi qələbəyə imza atdı. Bu zəfərdən sonra əsas hədəf Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Qərbi Zəngəzura qayıdış mövzusunda bu fikirləri səsləndirib: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.
Erməni diplomat Edqar Qazaryan isə deyib ki, müstəqillik bəyannaməsinin konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir: “Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Zəngəzur, Dərələyəz, Vedi və Bakının Qərbi Azərbaycan adlandırdığı ərazilərə girişinə hüquqi zəmin hazırlayır”. Qazaryan iddia edir ki, hazırda Göyçədə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir: “Göyçədə mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”.(musavat)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri