Icma.az
close
up
RU
Ermənistanda siyasi “döyüş”lər başlayıb: Müxalif deputatlar Paşinyana “hücum” etdi KONKRET

Ermənistanda siyasi “döyüş”lər başlayıb: Müxalif deputatlar Paşinyana “hücum” etdi KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Donald Tramp ABŞ-də ikinci dəfə hakimiyyətə qayıtmaqla dünya düzəninə təsir etmək niyyətindədir. Qrenlandiya, Kanada və Panamayla bağlı bəyanatlarının səs-küyü səngiməmiş, Trampın Qəzza ilə bağlı fikirləri də aydın səmada şimşək effekti verdi. Hər kəs Qəzza əhalisinin köçürülməsini müzakirə etdiyi bir vaxtda, Trampın Putinlə saat yarımlıq telefon söhbəti dünya mediasının gündəmini zəbt etdi. Hər kəsin diqqəti dünya hegemonlarının söhbətinin müzakirəsinə qarışdığı bir vaxtda Ermənistan daxilində siyasi “döyüşlər” gedirdi.

Parlamentdə ənənvi hökumət saatında baş nazir Nikol Paşinyan müxalif deputatlarının “hücumuna” məruz qalıb. Paşinyanın ənənəvi düşmənləri bu dəfə də baş nazirin əsəbləriylə oynayıblar. Daim Paşinyanı tənqid edən “Ermənistan” blokunun deputatı Geqam Manukyan parlamentdə baş nazirə bir neçə atmaca atıb. O, Paşinyanın son bəyanatlarına işarə edərək, onun “tarixi Ermənistandan” imtinayla bağlı bəyanatını lağa qoyub:

“Bütün adları dəyişirsiniz, bəs Ararat Mirzoyanın adını nə vaxt dəyişəcəksiniz?”.

Geqam Manukyan bununla rəsmi İrəvanın Türkiyəyə qarşı ərazi iddialarının olmaması ilə bağlı bəyanatına diqqət çəkib. Buna görə də, Ermənistan XİN rəhbərinin adından ironiya ilə istifadə edilib.

Qeyd edim ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyə ərazisində yerləşən dağın adını daşıyır. Deməli, Ararat Mirzoyanın adında Türkiyəyə qarşı ərazi iddiası var və dəyişib Ağrı dağı Mirzoyan adlandırmaq daha məqsədəuyğun olardı. Məhz buna görə də Ermənistan parlamentinin deputatı da Mirzoyanın adının dəyişdirilməsini tələb edir.

Ermənistan XİN rəhbərinin Geqam Manukyana cavabı gecikməyib: “Mən səni həmişə öz şəxsiyyətini ucuz tutan adam kimi tanımışam”. Doğrudan da Manukyanın ad dəyişmək təklifi Mirzoyana xəncər yarası təsiri bağışlayıb. Xarici işlər naziri ünvanına səslənən fikirləri təhqir kimi qəbul edib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Manukyanın dediklərindən hiddətlənərək onun mikrofonunu söndürüb: “Ədəbli danışın, həddinizi aşmayın”, -deyə Simonyan əsəbləşib.

Bax belə, bir-birilərinin adlarını, soyadlarını lağa qoya-qoya hansı ideologiyanı daşıdıqlarının fərqində deyillər. Manukyanlar anlamalıdırlar ki, erməni ad və soyadlarının əksəriyyəri Azərbaycan və Türk adlarıdır. Şirin(yan), Aslan(yan), Camal(yan), Tanırıverdi(yan), Xurşud(yan) və sadalamadığım yüzlərlə azərbaycanlı adını mənimsəyən ermənilər indi onlardan imtina etməyin yollarını axtarırlar. Tanınmış erməni politoloq Aleksandr İsgəndər(yan) dəfələrlə ermənilərin daşıdığı Azərbaycan və Türk adlarından bəhs edib və nədənsə öz soyadındakı İsgəndər adının da azrəbaycanlılara aid olduğunu xatırlamaq istəməyib. Məskunlaşdığı ərazilərdə qədim türk toponimlərinə qənim kəsilən, onların adını dəyişərək erməniləşdirən topluma görə, indi Ağrı dağının adı “Ararat”dır. İndi Paşinyan dövlət gerbindəki Ağrı dağı simvolundan imtina etmək qərarına gəlib. Başqa dövlətin ərazində yerləşən dağın Ermənistanın dövlət atributunda nə işi var? O zaman, ölkənin xarici işlər nazirinin adının dəyişilməsi təklifi də maraqlıdır.

Vəli Həsənoğlu,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri