Icma.az
close
up
RU
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR

Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ermənistana köçən keçmiş erməni məmur Sarkis Qalstyan 18 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanla sülhə çağırış edən keçmiş məmur casusluqda təqsirli bilinir. Ermənistan dövləti hətta onun ömürlük həbsini tələb edib. 

Sarkis Qalstyan 2018-2023-cü illərdə Qarabağdakı qondarma rejimin dövründə müxtəlif “vəzifələrdə”  çalışıb. O, 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatlarından sonra Xankəndini tərk etməyən azsaylı ermənilərdən biri idi. Arvadı ilə birgə Xankəndidə yaşamağa davam edən Sarkis Qalstyan 2024-cü ilin aprelində Ermənistana köçmüşdü. İttihama görə, o, 2020-ci ildən casusluq fəaliyyəti ilə məşğul olub.

Ermənistanda sülhdən danışanlar niyə hədəfə alınır?

Məsələ ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistanın sülh ritorikası ilə özünün əsl niyyətini malalamağa çalışdığı hər zaman müşahidə edilir:

"Ermənistan müəyyən cəhdlərlə vəziyyəti dəyişməyə çalışır. Bizim preventiv addımlarımız Ermənistanın cəhdlərinin hər hansı nəticə verməsinin qarşısını alır. Ona görə də sülhdən danışan Qalstyanın həbs edilməsi növbəti dəfə nümayiş etdirir ki, Ermənistan özünün sülh ritorikasında səmimiyyətdən çox-çox uzaqdır. Bəs Ermənistan nəyə görə sülh ritorikasına üstünlük verir? Ona görə ki, Ermənistan beynəlxalq aləmdə guya sülh tərəfdaşı olduğunu nümayiş etdirməyə çalışır. Digər yandan da sülhün olmaması üçün əlindən gələni edir. Sözsüz ki, belə olanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmamış qalır. Ermənistan dünyaya nümayiş etdirməyə çalışır ki, o sülh istəsə də,bu,mümkün olmur. Bununla da Ermənistan beynəlxalq ictimaiyyətin sülhün olmamasına görə Azərbaycanı ittiham etməsinə ümid edir. Yəni Ermənistan sülh ritorikası ilə,əslində, Azərbaycana qarşı beynəlxalq hücumların olmasını istəyir. Azərbaycan isə öz mövqelərini çox ciddi arqumentləşdirirərək dünyaya çatdırmaqdadır. Buna görə bütün platformalardan layiqincə istifadə edirik. Azərbaycanın siyasi, diplomatik gücü beynəlxalq səviyyədə haqlı mövqelərimizi qorumağa və əsl sülhsevər niyyətimizi sərgiləməyə imkan verir".

Siyasi şərhçi vurğulayıb ki, Qalstyanın həbsi Ermənistanın sülhlə bağlı əsl mövqeyinin nədən ibarət olduğunu bir daha ortaya qoymuş oldu:

"Hər zaman Ermənistan rəsmilərinin səsləndirdiyi fikirlərə uyğun mövqe sərgiləmədiyini müşahidə edirik. Yəni sülhdən danışsalar da, buna gedən yolda nəsə etmirlər. Sadəcə olaraq, imitasiyalarla məşğuldurlar. Azərbaycan sülhlə bağlı çox şəffaf şərtlər irəli sürüb. Lakin biz görürük ki, Ermənistan da hansısa məqamlar üzərindən Azərbaycanı ittiham edir. Bunun özü göstərir ki, Ermənistan hələ bundan sonra  da sülh üzərindən manipulyasiyalar etməyə çalışacaq. Sözsüz ki, bu istiqamətdə ona dəstək olan Qərb qüvvələri var. Bu gün Ermənistanın sərgilədiyi mövqe sayəsində, əslində, Qərbin təlimatlarının nədən ibarət olduğunu görürük. Qərb bütün yollarla regionda yeni gərginliyin olmasına çalışır. Qalstyanın sülhdən danışması Ermənistandakı siyasi rejimi himayə edən Qərb dairələrinin maraqlarına uyğun gəlmir. Ona görə də hesab edirəm ki,Qalstyanın da həbs edilməsində Qərbin iradəsi təsirli amil rolunda çıxış edib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri