Ermənistandan deportasiya olunarkən qətlə yetirilən azərbaycanlılara şəhidlik statusu verilə bilər AÇIQLAMA
Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ermənilər onilliklər boyu Azərbaycan xalqına qarşı soyqırım siyasəti yürüdüblər. Bu soyqırım siyasətinin qurbanlarının sayı ümumi nəzərə aldıqda onminlərlərdir və onların hər biri Azərbyacan xalqının nəzərində şəhid statusuna sahibdirlər".
Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.
O, açıqlamasında qeyd edib ki, ermənilər tərəfindən qətlə yetirilən istənilən azərbaycanlı şəhiddir:
"Eyni zamanda Ermənistandan deportasiya olunarkən, ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlılar da təbii ki, şəhiddirlər və Azərbaycan dövləti onlara şəhidlik statusunun verilməsi barədə müəyyən qərarlar qəbul edərsə, bu tamamilə doğru bir addım olar. Çünki, onlar zorakılığa məruz qalmaqla yanaşı, həm də həyatlarını itiriblər. Azərbaycanlı olduqlarına görə ermənilər tərəfindən qətlə yetiriliblər. Yəni, milli mənsubiyyətinə görə qətlə yetiriliblər. Bu da erməni toplumunun nə qədər qəddar, amansız, vəhşi, terrorçu təfəkkürə və fəaliyyət prinsiplərinə malik olduğunu göstərir. Erminlər tərəfindən öldürülərək həyatını itirmiş istənilən Azərbaycan xalqının təmsilçisi ümumi anlamda şəhiddir və dövlət də bu barədə hüquqi sənədlər qəbul edərsə tamamilə yerinə düşər".
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 02 Dekabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















