Icma.az
close
up
RU
Ermənistanı oda atırlar: Yeni müharibə ölkənin xəritədən silinməsinə gətirib çıxara bilər

Ermənistanı oda atırlar: Yeni müharibə ölkənin xəritədən silinməsinə gətirib çıxara bilər

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan fəal şəkildə Azərbaycanla müharibəyə hazırlaşır. Bu barədə "Caliber"in Yutub kanalında yayımlanan yeni süjetdə bildirilib.

Məlumata görə, bu hazırlıq planlı və məqsədyönlü şəkildə davam etdirilir. Bildirilir ki, Fransa Ermənistana veriləcək 26 ədəd "Bastion" zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin Paris artıq İrəvana 12 ədəd "Sezar" artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a deyib ki, Ermənistan kənardan təhrik olunmaqla yanaşı, daxildəki revanşist qüvvələrin də maraqlarına uyğun hərəkət edir.

Ekspert vurğulayıb ki, Ermənistanda Avropanın müşahidə şurası adı altında agentura şəbəkəsi də fəaliyyət göstərir və mütəmadi olaraq sərhəddə müşahidə aparırlar:

"Ermənistanın silahlanması regionda sülhü təhdid edir. Eyni zamanda xarici maraqların regional toqquşmasını körükləyir. Bu, hər bir halda vəziyyəti gərginliyə doğru inkişaf etdirir. Ermənistan elə bir dövlətdir ki, hər zaman gözləniləndən fərqli addım ata bilər və xarici təhrikçilərin planlarına boyun əyə bilər. Üzdə "sülh”dən danışıb özünü sülhə hazırlayırmış kimi göstərməklə aldadıcı görüntü yaradıb yenidən revanşizmə start verə bilər”.

Müsahibimizin sözlərinə görə, şübhə yoxdur ki, istənilən halda Azərbaycan ordusu Ermənistanı yerində oturmağa qadir və hazırdır. Ancaq məsələ yeni müharibənin nəticələridir ki, artıq bu zaman regionda heç zaman sülhdən danışmaq olmaz. Odur ki, Ermənistan özünün intiharını hesaba almalıdır.

Analitik vurğulayıb ki, yeni müharibə Ermənistanın ola bilsin xəritədən silinməsinə gətirib çıxara bilər:

"Fransa, İran, Hindistan hazırda Ermənistana öldürücü silahlar verir ki, bu da mahiyyəti etibarilə Ermənistanı oda atmaqdır. Azərbaycan real sülhə ciddi yanaşır və beynəlxalq təşkilatlar da, böyük dövlətlər də bilir ki, bizim mövqeyimiz səmimidir”.

Siyasi şərhçi qeyd edib ki, amma Ermənistanı silahlandıranlara da susmaq ikili standartlardan xəbər verir.

“Hesab edirəm ki, hər bir halda biz də hazıqlıqlı olmalıyıq. Çünki sülh qılıncların kölgəsində mümkündür. Ələlxüsus da Ermənistan kimi bir dövlətlə", - deyə Tural İrfan bildirib.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri