Ermənistanı Ukraynanın aqibəti gözləyir Volodin
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ukrayna Avropa Birliyinə inteqrasiya etmək qərarına gəldikdə, inkişaf perspektivlərindən danışdı, lakin onun məhsulları Avropa bazarlarına buraxılmadı. Ermənistanı da eyni aqibət gözləyir.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Ukrayna AB ilə inteqrasiya qərarı verərkən inkişaf perspektivlərindən danışdı. Əslində, Ukrayna kənd təsərrüfatı məhsulları Avropa bazarlarına buraxılmadı. Onlara sərt və əlverişsiz tarif kvotaları tətbiq olunmuşdu. Eyni aqibət Ermənistanı da gözləyir”, - Volodin bildirib.
O iddia edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə əhalisi ilə AB-yə qoşulmaq barədə açıq danışmır və Aİİ-dən mümkün çıxışın nəticələrini gizlədir.
Onun sözlərinə görə, Ermənistan Aİİ-dən çıxarsa, sakinlər üçün qazın qiyməti təxminən dörd dəfə artacaq, Rusiyadan Ermənistana hazırda ildə təxminən 4 milyard dollar (bütün köçürmələrin üçdə ikisi) təşkil edən pul köçürmələri kəskin şəkildə azaldılacaq, Rusiyaya giriş üçün miqrasiya imtiyazları ləğv ediləcək və işə qəbul yalnız patentlə mümkün olacaq, Ermənistandan çiçək, meyvə, tərəvəz (bibər daxil olmaqla), balıq, spirtli içki və mineral suyun idxalı dayandırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 02 İyun 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















